'Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək olaq'

İDMAN
19:10 03.09.2013
1610
7-8 sentyabr tarixlərindəArgentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin 125-ci sessiyası keçiriləcək. 
Sessiya zamanı 2020-ci il Olimpiya Oyunlarında güləş idman növünün saxlanılması barədə BOK-un yekun qərarı məlum olacaq.Azərbaycan Güləş Federasiyası Bakı şəhər Gənclər və İdman İdarəsi iləbirgə “Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək olaq!!!” devizi altında aksiya keçirəcək.Aksiyada AGF-nin nəzdindəfəaliyyət göstərən bütün güləş klubları, yığma komandaların üzvləri, eləcədəpaytaxtda fəaliyyət göstərən güləş klub vəcəmiyyətlərin nümayəndələri iştirak edəcək.Olimpiya, Dünya vəAvropa çempionları vəmükafatçılarının iştirak edəcəyi aksiyanın yekununda Beynəlxalq Olimpiya Komitəsinəmüraciət ünvanlanacaq.Aksiya 5 sentyabr 2013-cü il tarixdə, saat 18.00-da Sahil bağında keçiriləcək.
OXŞAR XƏBƏRLƏR