Olimpiyaçılarımıza Ronaldo xəbərdarlığı

Olimpiyaçılarımıza Ronaldo xəbərdarlığı
İDMAN
13:15 25.06.2021
1024
"Bir çox məsələlər üzdən sadə görünür, amma qəliz məsələdir".

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu fikirləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr edilmiş tədbirdə deyib.

O bildirib ki, atletlər kəndindən çıxan şəxs öz yerinə qayıtmayacaq və karantinə alınacaq: "O, yarışa yox, başqa yerə gedirsə, belə olacaq".

Hüseynzadə Portuqaliya millisinin futbolçusu Ronaldonun AVRO-2020-dəki hərəkətini də xatırladıb: "İdmançılara deyin, diqqətli olsunlar. Sponsorlarla bağlı məsələdə ehtiyatlı olmaq lazımdır".
OXŞAR XƏBƏRLƏR