Oliqarxın qızılı yaxtasına görə Temza çayında körpünü qaldırdılar - FOTOLAR

MARAQLI
13:54 14.09.2016
2442
Dünyanın 25 ən iri yaxtasından biri olan "Ağ Mirvari" bu günlərdə Londonda lövbər salıb.
AZXEBER.COM virtualaz.org-a istinadən bildirir ki, rusiyalı oliqarx-milyarder Andrey Melniçenkoya məxsus olan 8 mərtəbəli qızılı yaxtanın Temza çayından keçməsi üçün çayın üzərindəki Tauer körpüsü qaldırılıb. Dəbdəbəli yaxta Böyük Britaniya kraliçasının "Belfast" hərbi gəmisi ilə yanaşı lövbər salıb.
Yaxtanın qiyməti 400 milyon dolları keçir. Onun içərisində 3 hovuz, gümüş məhəccər, vertolyot meydançası, 42 ekipaj üzvü və qonaqlar üçün kayutlar, bomba zərbəsinə davamlı şüşə örtük var. Hovuzlardan birinin döşəməsi şüşədəndir: orada üzənlər dənizin altını seyr edə bilirlər. Yaxta Hamburq tərsanəsində yığılıb, dizayneri fransız Filip Starkdır. Yaxtanın uzunluğu 100.5 metrdir.
Yaxtanın sahibi, 44 yaşlı biznesmen Andrey Melniçenko mifik şəxsiyyətdir, onun barəsində bir çox şayiələr yayılıb. Sərvəti 10 milyard dollardan çoxdur. Oliqarxın İngiltərədə 40 milyon dollar dəyərində üçmərtəbəli malikanəsi də var. Milyarder serbiyalı model və pop-ulduz Aleksandra Nikoliçlə evlidir.
OXŞAR XƏBƏRLƏR