Oliqarxlarımız milyonları necə qazanır? - 75 qəpiyə alıb 25 manata satırlar!

Oliqarxlarımız milyonları necə qazanır? - 75 qəpiyə alıb 25 manata satırlar!
MARAQLI
16:03 30.03.2017
2167
Ölkəyə daxil olan məhsulların idxalında və satışında kəskin fərqlərlə bağlı siyahı ortaya çıxıb. Siyahıda əsasən meyvə, çərəz və qurudulmuş məhsulların maya dəyərini əks etdirən və onların bazara çıxarılan qiymətləri təəccüb doğurub.

Belə ki, qoz ləpəsinin idxalı 75 qəpik, satışı 25 manat, badam ləpəsi 35 qəpik, satışı 28 manat, şabalıd 37 qəpik, satışı 6 manat, qurudulmuş qara gavalı 33 qəpik, satışı 10 manat, qurudulmuş ananasın qiyməti 23 qəpik, satışı 13 manat və digər buna bənzər məhsulların real qiymətləri üzə çıxıb. Məlum olub ki, əslində ölkəyə daxil olan bu tip məhsulların dəyəri həddən artıq ucuz başa gəlir. Ehtimal var ki, ölkəyə gətirilən məhsullar gömrük orqanlarında müəyyən qanunsuzluqlarla rəsmiləşdirilir və ölkəyə buraxılır. Bundan əlavə inhisarçıların əli ilə bəzi özbaşınalıqlara yol verirlir. Beləliklə də məhsulların real və reallıqdan kənar qiymətləri gizlədilir.

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, siyahıda göstərilən idxal qiymətləri məhsulların real qiymətləri ola bilməz: "Bu bir üsuldur. İdxalı vergilərdən, gömrük rüsumundan yayınmaq üçün bir variantdır. Bu məsələ yenidən monopoliyanın üzərinə gəlib çıxır. Eyni zamanda ölkəyə idxal olunan məhsulların bir əldə cəmləşməsinin üzərinə gəlib çıxır. Bu yalnız və yalnız bu gün idxal edən məhsulları qanuni ödənişlərdən yayındırmaq məqsədi güdür. Təsəvvür edin ki, 24-25 manata satılan ləpənin qiyməti neçə qəpik ola bilər. O zaman gömrüklə bazar arasında dəyər necə dəyişdi. Bu mümkün deyil. Bu məsələdə gömrük və vergi işçiləri də buna göz yumur. Ona görə göz yumur ki, əməliyyatı həyata keçirən bir hüquqi və fiziki şəxsin arxasında müəyyən qüvvələr dayanır.Həmin qüvvələr isə bu gün Azərbaycan iqtisadiyyatını monopoliyaya almış inhisarçıların bir hissəsidir”.  

Ekspert əlavə edib ki, Azərbaycanda qeyd etdiyimiz inhisarçıların arxasında dövlət məmurları, hətta hökumət özü dayanıb: "Hansı ölkədə qoz-fındıq ləpəsinin qiyməti 30-40 qəpik ola bilər. Elə bir ölkə yoxdur. Təkcə Ukraynada qoz ləpəsinin qiyməti Azərbaycan manatı ilə 12-13 manatdır.Necə olur ki, bu məhsul Azərbaycana gəlir və ölkə sərhədində 35 qəpik olur? Digər ölkələrdən idxal olunan məhsulların qiyməti daha çoxdur.Çünki onun daşınma və digər xərcləri olduğu üçün maya dəyəri artır”.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
La Liqada ən yaxşı futbolçu AÇIQLANDI
23:30 24.04.2025
La Liqada ən yaxşı futbolçu AÇIQLANDI
Türkiyə XİN: 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd olan hər hansı bəyanatı tamamilə rədd edirik
23:16 24.04.2025
Türkiyə XİN: 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd olan hər hansı bəyanatı tamamilə rədd edirik
Pensiyaçılara şad xəbər - Yeni qayda tətbiq edilir
23:09 24.04.2025
Pensiyaçılara şad xəbər - Yeni qayda tətbiq edilir
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
22:50 24.04.2025
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
22:41 24.04.2025
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
22:40 24.04.2025
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
22:29 24.04.2025
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
Harvard demokratiya üçün təhlükədir - Tramp
22:14 24.04.2025
Harvard demokratiya üçün təhlükədir - Tramp
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
22:10 24.04.2025
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
İntihara cəhd edən qazinin son durumu açıqlandı
21:53 24.04.2025
İntihara cəhd edən qazinin son durumu açıqlandı
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
21:50 24.04.2025
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
21:40 24.04.2025
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Siyəzəndə kişi küçədə infarktdan öldü
21:32 24.04.2025
Siyəzəndə kişi küçədə infarktdan öldü
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
21:10 24.04.2025
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
21:03 24.04.2025
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
20:47 24.04.2025
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı