Olland Bakıya gəlir

SİYASƏT
19:00 17.01.2014
1111

Məlumatı səfirlik verib.

Fransa Prezidenti Azərbaycan dövlət başçısının dəvəti ilə bu il Azərbaycana səfər etməklə bağlı niyyətini Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovlagörüşü zamanı təsdiqləyib.

Fransada akkreditə olunmuş diplomatik korpus üçün Yeni il münasibətilə Yelisey sarayında keçirilən ənənəvi illik görüşdə Azərbaycan səfiri E.Əmirbəyovla Fransa Prezidenti F.Ollandarasında qısa söhbət olub.

Səfir Fransanın dövlət başçısına Azərbaycan Prezidenti İlham Əliyevin Yeni il təbrikini çatdırıb.

F.Olland minnətdarlığını bildirərək azərbaycanlı həmkarına təbriklərini və ən yaxşı arzularını çatdırmağı xahiş edib, son vaxtlar müşahidə olunan ikitərəfli Fransa-Azərbaycan münasibətlərinin inkişafında artan dinamikaya görə məmnunluğunu ifadə edib (Trend).

OXŞAR XƏBƏRLƏR