Oğlu Ançelottidən xahiş etdi, Arda oyuna daxil oldu

Oğlu Ançelottidən xahiş etdi, Arda oyuna daxil oldu
İDMAN
13:07 19.02.2024
239
"Real Madrid"in "Rayo Valyekano" ilə bərabərə qaldığı matçın son dəqiqələrində oyuna daxil olan Arda Gülərin səyi hesabı dəyişməyə kifayət etməyib.

AZXEBER.COM xəbər verir ki, Ançelottinin oğlu David atasından Arda Güləri meydana buraxmasını istəyib.

David atasına Arda Gülərin hücum zonasında balanslılıq yaradacağını deyib.
 
Karlo Ançelotti oğlunun istəyi ilə razılaşıb və Arda Gülər ​​oyuna daxil olub.

Bu, Arda Gülərin Kral klubu ilə 5-ci oyunu olub.
 
O, bundan öncə "Arandina", "Atletico Madrid", "Las Palmas" və "Girona" matçlarında iştirak edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR