xari

Oğlu döyüşdən qayıdan ananın sevincdən ürəyi dayandı - FOTOLAR

SOSİAL
10:52 20.01.2021
3488
"Oğlunun gəlişi münasibətilə şirniyyatlar bişirmişdi. Ancaq qismət olmadı, öz yasında süfrəyə qoyuldu”

Nurlan Quliyev 1998-ci ildə Bakının Kürdəxanı qəsəbəsində anadan olub. O, Vətən müharibəsi iştirakçısıdır. Hadrut, Xocavənd, Şuşa və Laçın uğrunda döyüşüb. Bir neçə gün əvvəl - yanvarın 14-də tərxis olunaraq evinə qayıdıb. Ancaq Nurlan digər qalib əsgərlər kimi qələbə sevincini ailəsi ilə birlikdə yaşaya bilməyib. 3 aydan sonra evə qayıdan könüllü əsgər onu qucaqlayıb bağrına basan anası Əfqanə xanımı itirib.


(Vətən müharibəsinin iştirakçısı Nurlan Quliyev)

Nəcibə Babayeva Azvision.az -a bildirib ki, bacısı Əfqanə Quliyeva 46 yaşında dünyasını dəyişib. O, 3 aydan çox idi ki, döyüşə gedən oğlunun yolunu gözləyirdi.

Ailə üzvləri, qohumlar, kənd sakinləri ona təskinlik versələr də, övlad həsrətini heç nə ilə ovuda bilmirdilər. Oğlunun evə qayıtdığı gün həyəcandan yerə-göyə sığmayan ana Nurlanı bağrına basdıqdan bir neçə dəqiqə sonra ürək tutmasından dünyasını dəyişib.

 

Nəcibə Babayeva: "Bir gün qabaq bacımgilə gəldim ki, Nurlanı birgə qarşılayaq. Həm də Əfqanəni sakitləşdirmək istəyirdim. Üç ay yarım idi ki, bala həsrəti çəkirdi, çox darıxırdı. Övladı ilə bir gün əlaqə kəsilən kimi özünə yer tapmırdı. Deyirdi, bircə səsini eşidim ki, sağdır. Yanvarın 14-ü həyəcanlı idi. Əlində "Qurani Kərim” evdə o başa, bu başa gedib-gəlirdi. Axşam oğlunu təntənə ilə qarşılayıb gətirdilər. Balasını çoxlu-çoxlu öpüb bağrına basdı. Birdən bacımın halının dəyişdiyini, boğulduğunu gördüm. Qışqırdım ki, təcili yardım çağırın. Bir saat sonra təcili yardım gəldi, ancaq heç nə edə bilmədilər. Bacım artıq keçinmişdi. Bizim anamız yox idi, Əfqanə mənim sirdaşımı idi. Mən həm də dostumu itirdim”.


Elnarə Quliyeva ailənin qız övladıdır. Onun sözlərinə görə, anasının ölümü hər kəsi sarsıdıb:

"Biz ailədə iki uşaq olmuşuq. Mənim 25 yaşım var, ailəliyəm. Anamla qardaşım bir-birilərinə çox bağlı idilər. Nurlan döyüşdə olanda çox həyəcan keçirirdi, gecəsi- gündüzü yox idi. Onun belə vəfatı hamımızı sarsıtdı. Hər kəs şok vəziyyətindədir. Qardaşım da özünü bağışlamır, düzdür, onun günahı yoxdur. Amma belə bir səhnəyə hazır deyildik. Anam onu qayıdan kimi evləndirmək istəyirdi, arzuları çox idi.

Bronxial astma xəstəliyi var idi. Ancaq bu vaxta qədər hər hansı ürək problemi və ya ağrısı olmayıb. Çox nigaran idi, deyirdi, "təki balam gəlsin, mənə nə olur olsun”. Atam anamı təsəlli edirdi, qoruyurdu, bir dəqiqə tək qoymurdu”.


Ailənin yaxın qohumu Lətif Quliyev əmisi gəlininin vaxtsız ölümündən kədərləndiyini bildirib:

"Bu, ana sevgisindən irəli gələn bir məsələdir. Namazı, duası ilə balasını ölümdən qorudu, amma özü şəhid oldu. Bizim ailənin gözündə Əfqanə xanım bir şəhiddir. Ananın balaya olan sevgisi bu cür nəticələndi. Oğlunun gəlişi münasibəti ilə şirniyyatlar bişirmişdi. Deyirdi, hamıya paylayacaq. Ancaq qismət olmadı, öz yasında süfrəyə qoyuldu”.
 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:44 28.02.2021

Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub - FOTO

23:35 28.02.2021

“Meyvəli” bazarındakı yanğın söndürüldü - VİDEO

23:15 28.02.2021

Samuxda iki nəfər bıçaqlandı

22:49 28.02.2021

“Atlantico” nəşri: Fransa 1992-ci ildəki soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər

22:39 28.02.2021

Fransa mətbuatı: Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb

22:31 28.02.2021

Yevlaxda yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum oldu

22:10 28.02.2021

“Meyvəli” bazarında yanğın başlayıb

22:00 28.02.2021

ABŞ-da daha 68 min nəfər koronaviursa yoluxub

21:11 28.02.2021

Fransa qəzetində “Qarabağda müharibəsonrası vəziyyət və sülhün problemləri” müzakirə olunub

21:01 28.02.2021

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

20:32 28.02.2021

Azərbaycanda müğənni ürək tutmasından vəfat etdi

20:16 28.02.2021

Fransa portalında Zəngilanla bağlı reportaj dərc olunub

20:15 28.02.2021

S.Bussua: “Azərbaycan “Qafqazın əjdahası”na çevrilib”

19:57 28.02.2021

İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı

19:35 28.02.2021

“General de Europe”: Azərbaycanlı qaçqınlar 27 il əvvəl qovulduqları torpaqlara qayıtmağı gözləyirlər

19:31 28.02.2021

“Azərişıq”dan smart kart ödənişi haqqında yayılan iddialarla bağlı AÇIQLAMA