Oğlu ilə təqdimata qatılan əməkdar artist : “Sənətin cinsiyyəti olmur”

Oğlu ilə təqdimata qatılan əməkdar artist : “Sənətin cinsiyyəti olmur”
MAQAZİN
17:57 12.05.2017
6256
Əməkdar artist Hüsniyyə Mürvətova tədbirlərin birinə övladı ilə qatılıb
 
AZXEBER.COM xəbər verir ki, anası ilə təqdimata qatılan Orxan kameramıza yaxalanmaqdan narahat oldu. Aktrisa oğlu ilə qatıldığı ilk tədbir olduğunu deyib. " Mən də ilk dəfədir ki, oğlumla təqdimata gəlirəm. Düşünürəm ki, artıq vaxtdır, onunla qatıla bilərəm. Yanımda "kavelerim " kimi görünür. Oğlum şəkil çəkdirməyi deyil, çəkməyi sevir. Aparatı da var, həmişə mənim şəkillərimi çəkir.”
 
Aktrisa oğlunun rejissor olmaq istəmədiyini bildirdi. "Mən istəmirəm o bizim sənətə gəlsin. Çünki bu sənət çox çətindir. Uşaqlıqdan iqtisadçı , hüquqşünas olmasını istəyirdim. Hələki aramızda mübarizələr gedir. Fikirindən döndərməyə çalışıram. Hərdən zarafatla deyirəm ki, səni bir şərtlə rejissor olmağa qoyacam ilk və bütün filmlərində məni çəkəcəksən. Oğlum da deyir əlbəttə ilk səni çəkəcəm, amma sonra fikirləşir birdən sən düşən obraz olmadı. Razılaşıram ki, bu sənət elədir ki, obraz kimə düşür ona verməlisən. Sırf dostum, tanışımdı deyib çəkənləri sevmirəm.”
 
Hüsniyyə son çəkilən filmlərdə rol almamasının səbəbini də açıqlayıb. " Mən əsasən, ssenari məni cəlb edirsə dəyərləndirirəm. Özüm drama aktrisasıyam. İstəyərdim aktrisa özün bütün janrlarda sınasın. Tamaşaçı onu fərqli görsün. Biz Azərbaycanda yaşayırıq, biraz çərçivə olmalıdı. Əslində bir deyim var "Sənətin cinsiyəti olmaz” . Biz onsuz da aktyor yoldaşlarımıza başqa gözlə baxmırıq.  Bəzən də intim səhnələrin elə çirkin göstərirlər bəzən də əksi olur. Rejissordan çox şey aslıdır.”
 
Nazim Qasımzadə

OXŞAR XƏBƏRLƏR