"Oğlum da deputatlığa namizəd olsaydı, yenə sənə səs verərdim" — FOTOLAR + VIDEO

"Oğlum da deputatlığa namizəd olsaydı, yenə sənə səs verərdim" —  FOTOLAR + VIDEO
Seçki2024
13:42 23.01.2020
5086

 

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd olan Fəzail Ağamalının təblşiğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.


Bir neçə gün əvvəl isə Salyanın Qarabağlı və Xələc kəndlərində görüşlər keçirən deputatlığa namizəd Fəzail Ağamalı seçicilər tərəfindən böyük rəğbətlə qarşılandı. 


Doğulub, böyüyüb başa çatdığım Salyanda seçicilərin deputatlığa namizədlərə olan münasibəti mənə çox maraqlı idi. Bu səbəbdən də digər namizədlər kimi, Fəzail Ağamalının seçicilərlə görüşlərini də yaxından izlədim. Səmimi deyim ki, rayonda gördüklərim məni xeyli təəccübləndirdi. Görüş zamanı yaşlı bir qadının Fəzail Ağamalını qucaqlayıb "oğlum da deputatlığa namizəd olsaydı, yenə sənə səs verərdim" söyləməsi hamının marağına səbəb oldu. Axı sakinlər ondan səbəbsiz yerə niyə razılıq etsin ki? İnsanların ondan bu qədər razılıq etməsinin xüsusi səbəbi də yox idi. Sadəcə olaraq Fəzail Ağamalı digərləri kimi seçicilərinin önündə mövsümü görünmürdü. 

 

 

 

Fəzail Ağamalı kəndləri bir-bir gəzir, insanların problemləri ilə yaxından maraqlanırdı. Ən çox da Qarabağ uğrunda döyüşərək yaralanmış qazilərimizin və Şəhid ailələrinin vəziyyəti onun diqqət mərkəzində idi. Bu səbəbdən də Fəzail Ağamalı Xələc kəndində seçki təvşiqatına aprel şəhidinin məzarını və ailəsini ziyarət etməklə başladı.


Kəndin sakinləri ilə görüşdə Fəzail Ağamalı seçki platformasını açıqladı, sakinlərin həyat şəraitinin yaxşılaşdırılması, kənd infrastrukturunun inkişafı üçün əlindən gələni edəcəyini bir daha bəyan etdi. 


"İndiyə qədər olduğu kimi yenə sizin sözünüzün çarçısı olacam və problemlərin həlli istiqamətində çalışacam”, - deputatlığa namizəd sakinlərin öünündə söz verdi.

 

 

 

Kənd sakinləri görüşdə Fəzail Ağamalının fəaliyyətindən razı olduqlarını bildirdilər. 


"Əvvəlki seçkilərdə verdiyiniz vədlərin yerinə yetirilməsi üçün göstərdiyiniz səylər, problemlərimizin müvafiq qurumların qarşısında qaldırılması və həll edilməsi istiqamətində gördüyünüz işlər bir deputat kimi sizin seçicilərinizin yanında olduğunuzu təsdiqləyir. Buna görə də biz bu seçkilərdə də səsimizi inamla sizə verəcək, sizə etibar edəcəyik”, - deyə seçicilər Fəzail Ağamalıya öz etimadlarını bir daha ifadə etdilər. 


Daha sonra Qarabağlı kəndinə gələn deputatlığa namizəd 50-yə yaxın Qarabağ qazisi ilə görüşdü.

 

 

 

2016-cı ilin aprel döyüşləri zamanı ağır yaralanan, müalicə olunduqdan sonra ordu sıralarından təxris olunan Xüsusi Təyinatlı Qüvvələrimizin hərbiçisi Səxavət Salmanov burada da Fəzail Ağamalını tək buraxmadı. İştirakı ilə onun namizədliyini dəstəklədiklərini və seçkidə ona səs verəcəklərini bildirdilər. 


Səxavət Salmanov Qarabağ döyüşçülərə müraciət edərək, qeyd etdi ki, kimlərinsə manipulyasiyaya yol verməsi, seçki mühitini pozması yolverilməzdir və digər şəxslərin hər hansı iddiaları onların doğru seçim etmələrinə təsir edə bilməz. 


Daha sonra qazilərə müraciət edən Səxavət Salmanov hər kəsi Fəzail Ağamalıya səs verməyə çağırdı. Onun bu çağırışına görüşdə iştirak edən Qarabağ qaziləri alqışlarla cavab verdilər. 

 

 

 

Görüşdə çıxış edən digər qazilər isə Fəzail Ağamalıya seçkilərdə qələbə arzu edərək, ona səs verəcəklərini bildirdilər. 


"Fəzail Ağamalı bundan öncə də bizim dairədən deputat seçilmişdi. O, daim seçicilərinin yanında olub və problemlərinin həlli üçün çalışıb. Biz seçicilərin seçdiyimiz deputatdan əsas istəyimiz də budur. Fəzail Ağamalı növbəti seçkilərdə də bizim namizədimizdir və onun əvvəlki fəalliyyəti təsdiqləyir ki, seçicilər seçimlərində səhv etməyiblər”, - deyə qazilər çıxış etdilər. 


Görüş bitdikdən sonra Fəzail Ağamalı kəndlərdə küçələri gəzir, seçicilərlə söhbət edirdi, onların problemləri ilə öz problemləri kimi maraqlanırdı. Kənd sakinləri də Fəzail Ağamalının deputat olduğu dövrləri xatırladaraq, ona razılıqlarını bildirirdilər. Qeyd edirdilər ki, məhz Fəzail Ağamalının səyləri nəticəsində kəndə qaz və işıq xətləri çəkildi, kəndlərarası asfalt yollar salındı, insanların ən xırda çətinliklərindən tutmuş kəndin ümumi problemlərinin həllinə qədər olan bütün məsələlər bir deputat kimi daim onun diqqətində saxlanıldı. Məhz gördüyü işlər, xüsusilə hər bir seçicisinin problemini öz problemi kimi qarşılaması və həllinə çalışması kənd sakinlərinin növbəti seçkidə də Fəzail Ağamalıya səs verəcəklərinin başlıca səbəbi idi. 

 

 


 

Seçicilər 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa digər namizəd olan Kamil Musavininin seçki qanunvericiliyinə zidd kampaniya aparmasına da etiraz edirdilər. Bildirirdilər ki, Kamil Musavi Qazaxda doğulub, orada yaşayır, nə Salyanı, nə də Neftçalanı tanımır.


"O, bu rayonun əhalisinin problemlərini, istək və arzularını bilmir. Salyana heç bir aidiyyəti yoxdur. Tanımadığı camaatın dərdini-sərini necə biləcək, yaxud necə həll eləyəcək?! Biz indiyə qədər deputat kimi bizim yanımızda olan, problemlərimizlə maraqlanan və həll edən Fəzail Ağamalının yanındayıq”, - deyə seçicilər bir daha Fəzail Ağamalıya söz verdilər. 


Seçiciləri narahat edən digər məqam isə deputatlığa namizəd Kamil Musavinin qazi adından manipulyasiya etməsi, yerli sakinləri yalan vədlər verərək aldatması və çıxışlarında radikal, terrorameylli çağırışlar etməsi idi. 

 

 


 

Seçicilər Kamil Musavi haqqında bu qədər iradlar bildirsə də, ancaq Fəzail Ağamalı rəqibi olmasına baxmayaraq, seçicilərini soyuqanlı və təmkinli olmağa, hər kəsi isə qanunun tələblərinə hörmət etməyə çağırırdı.  


Axşam saatları idi, görüşlər kifayət qədər maraqlı və uzun keçmişdi. Hər kəs yorğun idi. Sonda Fəzail Ağamalı seçicilərinə təşəkkür edərək sağollaşıb Bakıya deyil, uzun illərdən bəri ikinci evi kimi yaşadığı Salyan rayonuna qayıtdı. Seçicilərinin xeyr-duası ilə...


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
10:46 19.03.2026
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
10:41 19.03.2026
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
10:30 19.03.2026
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
10:27 19.03.2026
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
10:23 19.03.2026
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
10:18 19.03.2026
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
Ali məktəblərdə təhsil haqları artacaq
10:16 19.03.2026
Ali məktəblərdə təhsil haqları artacaq
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
10:13 19.03.2026
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
10:00 19.03.2026
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
09:51 19.03.2026
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
FHN gücləndirilmiş rejimdə çalışacaq
09:48 19.03.2026
FHN gücləndirilmiş rejimdə çalışacaq
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
09:25 19.03.2026
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
09:11 19.03.2026
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:46 19.03.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
05:27 19.03.2026
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?
03:42 19.03.2026
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?