"Oğlum dedi, sağalsan efirlərdə sağalacaqsan" - xalq artisti

"Oğlum dedi, sağalsan efirlərdə sağalacaqsan" - xalq artisti
MAQAZİN
19:58 19.02.2018
2609
"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan xalq artisti Könül Xasıyeva maraqlı açıqlamalar verib. 

O, zarafatcıl olduğunu dilə gətirib:
 
"Zarafatsız həyat mümkün deyil. Mən həmişə tamaşaçılarımın qarşısına ciddi formada çıxmışam. Yenə də ciddiyəm. Şəkiliyik də. Bu zarafatcıllığa şəkili olmağımız da təsir göstərir. Mən yumoru sevən insanam”. 

17 il dərdini içində gəzdirib heç kəsə bildirməyən Könül xanım 4 il öncə də ağır bir durumla üz –üzə qalsa da, heç kimin bundan xəbəri olmayıb: 

"17 ildir xəstəliklə mübarizə aparıram. Ancaq son dövrlərdəki kimi heç vaxt olmamışdım. 2013-cü ildə sadəcə əlim, ayağım tutulmuşdu. Onu isə həkim Heydər Aslanov müalicə etdi. Əlim, ayağım tutulanda İsraildən imtina gəlmişdi ki, daha gecdir. Amma azərbaycanlı həkimimiz 3 aya məni müalicə etdi. Evdən bayıra çıxmadım. O vaxt xəstələnəndə heç kim bilməmişdi”. 

İfaçı indiki durumu ilə bağlı da danışdı: 

"İndi yaxşıyam, özümü yaxşı hiss edirəm. Ayağım açılıb, gəzirəm, əllərim açılıb, nitqim açılıb, danışıram, oxuyuram. Yavaş-yavaş işimin başına qayıdıram”. 

Çox çətinliklərlə üzləşən, mübarizə aparan və hər mübarizədən üzüağ çıxan Xalq artisti, mart ayında sevənləri önünə konsert proqramı ilə çıxacaq:
 
"Martın 17-si 50 yaşım tamam olur. Balıq bürcüyəm. Heydər Əliyev Sarayının rəhbəri Fərhad Babayevlə görüşdüm. Fərhad müəllim də dedi ki, 17-sində tədbir var, bəlkə, konsertiniz ayın 16-sı olsun. Dedim, lap yaxşı. Martın 17-si də ailəmlə doğum günümü qeyd edərəm. Vida konsertim olacaq. Efirlərə çıxacam, məclislərə gedəcəm, amma solo konsert bəsdir. Hiss edirəm ki, daha gücüm yoxdur”. 

Mart konserti ilə sevənlərindən ayrılan, onlarla vidalaşan Könül Xasıyeva artıq bu cür ağır işlərin arxasınca gedə biləcək gücünün qalmadığını söylədi:
 
"Konsert verərkən, 2-3 ay məşqlər gedir, biletlərlə maraqlanmalısan. Başım işə qarışanda övladım diqqətdən kənar qalır. Belə ağır işlərin arxasınca getməyə gücüm qalmayıb. Efirlərə getməyəndə övladımla oturub söhbət edirdik. Onda 9 yaşı vardı. Oğlum dedi ki, ana, sən sağalsan, efirlərdə sağalacaqsan. Efirlərə get. Uşaq bu məsələni ürəyinə salmışdı”. 
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
18:34 11.03.2025
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
Rusiya Kurskda Ukraynanın nəzarətindəki 12 yaşayış məntəqəsini geri qaytarıb
18:21 11.03.2025
Rusiya Kurskda Ukraynanın nəzarətindəki 12 yaşayış məntəqəsini geri qaytarıb
İradə İbrahimova gözəllik sirrini bölüşdü
18:10 11.03.2025
İradə İbrahimova gözəllik sirrini bölüşdü