"Oğlum mənə görə evlənmir" - Qızının toyunda iştirak edə bilməyən 9 illik məhkum ata - VİDEO

"Oğlum mənə görə evlənmir" - Qızının toyunda iştirak edə bilməyən 9 illik məhkum ata - VİDEO
SOSİAL
17:28 28.07.2017
11673
ARB TV-nin "Rezonans" verilişi  bu dəfə 9 il müddətinə azadlıqdan məhrum olunmuş İbrahimov İman Həsən oğlunun həyat hekayəsini təqdim edib.

İman İbrahimov (cəzası: 9 il): "10 dekabr 1961-ci ildə Keçmiş Sovetlər Birliyinin Ermənistan Respublikasında anadan olmuşam. Bir neçə nəfəri işə düzəltmək adıyla onlardan pul aldım ki, sizi iş düzəldəcəm. Elə alındı ki, iş alınmadı. Hadisə vaxtı cəmi vurulan məbləğ 10 min 400 manat olmuşdur və hamısı ödənilmişdir. Zərərçəkənlər də yazılı şəkildə müraciət eləmişdi ki, bizim şikayətimiz yoxdur, xahiş edirik ki, yüngül cəza verilsin. Bəzi hakimlər də var ki, heç nəyi nəzərə almadan "yaxşı" cəza verirlər. 9 il azadlıqdan məhrum elədilər. Bu gün mən bir Azərbaycan oğlu kimi kənarda qala bilmərəm. Mənim ən böyük arzum odur ki, bu gün cəzaçəkmə müəssəsində cəza çəkib kənarda qalmaqdansa, Azərbaycan üçün bir iş görə bilim. Mən ona görə deyirəm ki, istəyirəm, bu gün Azərbaycanın bayrağını Yerevanda, Ermənistanın prezdentinin igamətgahının üzərində asım. Bu gün mən çox əzab çəkirəm . Fikirləşirəm ki, mənimlə işləyənlər,  mənimlə çalışanlar haralardadır, hansı vəzifələrdədir, ancaq bu gün mən dustağam. Rəhmətlik anam deyirdi ki, bala, bəlkə, başına başqa iş gələcəkmiş, bununla oldu. Hər dəqiqə mən bu peşmançılığı çəkirəm. Mən hər dəfə övladlarımla, nəvələrimlə danışanda aylarla özümə gələ bilmirəm. Bəzi məhkum yoldaşlarım məndən inciməsin, bugünkü gün kişi öz evində olmalıdır. Ən böyük günahkar mən özüməm. Mən də bir vaxtlar göstərişlər verirdim. Biz əsgərlə işləmişik. Amma mən hər şeyi bilirəm, başa düşürəm ki, hər sahənin öz qanun-qaydası var. Cəzaşəkmə müəssəsindən anlayışı olmayan kənarda gedəndə belə baxıb deyir ki, yəqin burada dustaqları döyürlər. Amma yox, belə deyil. Mən sizi inandırım ki, yeni təyin olunmuş rəis məhkumların içindən çıxmır. Gündüz gedib daş daşısınlar, ən ağır işlərdə işləsinlər, gecə ailələrinin yanında xoşbəxt yaşasınlar. Azadlıqdan gözəl şey yoxdur həyatda. Allah insana 5-10 il ömür verir, onu da gəlib bu 4 divar arasında  keçirəndə fikirləşirsən. Bəzən bunu çəkə bilmirsən. Mən dəfələrlə demişəm ki, Allah heç kimi burada öldürməsin. Çölə çıxanda deyirlər ki, nəsə bir iş gördü, vurub öldürdülər, öz əcəli ilə ölməyib. Mən çox şeyi itirdim. Qızım ailə qurdu, toyunda iştirak etmədim. Mən həyat yoldaşıma da, qardaş-bacıma da dedim ki, mənə toyun vaxtını deməyin. Çünki bu, dözülməz haldır. Dedim ki, o günü  mən bilməsəm yaxşıdır. Mənim əsgər yoldaşımın oğlu ilə ailə həyatı qurub. Oğlum Naxçıvanda hərbi xidmətini çəkib, gəlib. Qızım 2 gün əvvəl mənə dedi ki, Turalın istədiyi var. Deyir, atam çıxmamış olmaz. Ona da dedim ki, mən istəmirəm ki, sən öz xoşbəxtçiliyini mənə qurban verəsən. Anam dünyasını dəyişdi, mən onun hüzüründə iştirak etmədim. Bəlkə də mən həbsxanaya düşməsəydim, anam 10 il də yaşayardı. Mən özüm özümü bağışlamıram. Qardaşlarım, bacılarım mənə deyir ki, İman, sən tutulmasaydın, anam 10 il də yaşayardı. Bu şeyləri mən heç vaxt özümə bağışlamıram. Bacılarım görüşə gəlmişdi. Mənə demədilər. Üstündən 20 gün keçmişdi, görüşə gəldilər. Baxdım ki, bacımın başında yaylıq. Dedim nə məsələdir? Demədilər. Qəfildən dedilər ki, anamı itirdik. Bir övlad ki, anası dünyasını dəyişəndə məzarında, övladının toyunda iştirak eləmədi, o, adamı mən adam saymıram. Özümə görə deyirəm. Buradan çıxandan sonra 3 gün anamın qəbri üstündə keşik çəkmək fikrim var. Mən özüm törətdiyim əməlin səmimi peşmançılığını etiraf edirəm".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır