“Oğluma dedim ki, evə gəlmə...” - Şahin Diniyev

“Oğluma dedim ki, evə gəlmə...” - Şahin Diniyev
İDMAN
00:56 21.09.2015
1788
“Yaxşı mübarizəli, qollu, azarkeşləri sevindirəcək oyun oldu. Necə planlaşdırmışdıqsa, penaltiyə qədər elə də oynadıq. İkinci hissədə isə planı dəyişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.
Topaz Premyer Liqasının V turu çərçivəsində öz meydanında “Qarabağ”ı qəbul edən gəəncəlilərin baş məşqçisi 2:3 hesablı məğlubiyyətlə bitən oyun haqqında fikirlərini bölüşüb:
“Qarabağ” kimi komandaya qarşı açıq futbol oynamaq ölümə bərabər bir şey olsa da, biz qorxmadıq. Qol vurmaq, oyunu xilas etmək üçün irəli atıldıq. İkinci hissədən razıyam. Düşünürəm ki, fərdi səhvlərdən sonra qollar buraxdıq. Mənə elə gəlir ki, “Qarabağ”la oyun hər bir oyunçu üçün, məşqçi üçün bir dərslikdir. Bu komanda ilə oyundan sonra üstün cəhətləri və səhvləri aydın görmək mümkündür. Heyətdə çatışmazlıqlar var. Mən hər dəfə ehtiyat oyunçulara baxanda matçı dəyişmək üçün adam axtarırdım. Düşünürəm ki, futbolçular bu cür azarkeş dəstəyi qarşısında oynamağa borcludurlar”.
Təcrübəli baş məşqçi “Qarabağ”ın heyətində çıxış edən oğlu Coşqun Diniyevin fərqlənməsinə də münasibət bildirib:
“Oyunda ilk qolu Coşqun vurdu. Sizə bir söz deyim. Mən övladlarımın oyununa baxmağa gedəndə həmişə kiçik oğluma azarkeşlik edirdim. Bu gün biri mənə mesaj göndərmişdi. Yazmışdı ki, hər üç Diniyevə uğurlar arzu edirəm. Cavabım isə belə oldu: “2 Diniyevə uğurlar, digərinə can sağlığı arzula”. Oyundan sonra Coşquna zarafatyana dedim ki, get özünə yer tap, daha evə gəlmə. Sözsüz, bütün bunlar zarafatdır. Futbolçu meydançaya çıxıbsa, öz oyununu oynamalıdır. Coşqun da bu işi gördü. Həm qol vurdu, həm də qol ötürməsi verdi”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib