“Oğlumu gəlinim öldürüb, ona görə efirə gəlmişəm” - VİDEO

“Oğlumu gəlinim öldürüb, ona görə efirə gəlmişəm” - VİDEO
SOSİAL
13:54 25.01.2023
267

"Oğlumu gəlinim öldürüb, ona görə efirə gəlmişəm”.

AZXEBER.COM xəbər verir ki, ARB televiziyasında yayımlanan "Səni axtarıram” verilişinə gələn yaşlı qadın gəlininin oğlunu öldürdüyünü iddia edib.

Qayınananın sözlərinə görə, gecə oğlu ilə gəlini arasında dava olub, daha sonra gəlin ona nəsə edib:

"Kəndiri boynuna salaraq öldürüb. Oğlum bir az zəif idi, işdən də həmişə yorğun gəlirdi. Axşam davaları düşüb, gecə saat 3-ə kimi dava ediblər. Evin bir küncündə onlar yatırdı, bir küncündə də mən yatırdım, dava etdiklərini eşidirdim. Oğluma gedib dedim ki, yat, yorğunsan. Dava etmə səbəblərini efirdə deyə bilmirəm, amma sizə təklikdə deyərəm. Elə oldu ki, gecə məni yuxu tutdu, heç məni yuxu tutan deyildi. Çox yatdım, ya az yatdım onu xatırlamıram, amma gəlinim gəlib dedi ki, "xala, dur, oğlun tərpənmir, kravatdan da yıxılıb”. Durdum gördüm ki, əlləri yanında gözləri də yumuludur. Səhər saat 4-ə qalmışdı. Gecə saat 3-də onların yanına getmişdim, saat 4-ə qalmış isə gördüm ki oğlum ölüb. Evdə ayrı heç kim olmayıb. Gəlnim dedi ki, öz-özünə belə olub, mən heç nə etməmişəm. Məni necə yuxu tutubsa, heç nə də eşitməmişəm. Nə bir səs-küy, nə də başqa bir səs eşitmədim”.

Onun sözlərinə görə, meyid ekspertiza olunub. "Səni axtarıram” verilişində bununla bağlı əlavə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR