Müğənni Tacir Şahmalıoğlunun etirafı hər kəsi təəccübləndirib.
AZXEBER.COM xəbər verir ki, bürclərə inandığını deyən müğənni, oğlu və gəlininin bürc uyğunluğunu yoxlatdırdığını etiraf edib.
"İncə səhər" verilişində bu haqda danışan sənətçi deyib:
"Heç kəs bürcə ciddi yanaşmır, onu yoxlatdırmır, bu çox vacib məsələdir. Amma onu biləndə görürsən ki, ən vacib məsələ elə odur. Mən görmüşəm ki, iki qoç bürcü evlənib və yola gedə bilməyiblər, ayrılıblar. Ona görə də oğlumu nişanlayanda hər ikisinin bürclərini yoxlatdırdım. Çünki mənim gözümün qabağında belə ailələr dağılıb".
Aysel








































