"Oğlumu ustalıqla, fəhləliklə böyütmüşəm, pis ata olmamışam" - Orxanın atası

"Oğlumu ustalıqla, fəhləliklə böyütmüşəm, pis ata olmamışam" - Orxanın atası
SOSİAL
19:11 20.08.2019
20375

İki gün öncə ölkə mediasında Bağıyev Orxan adlı bir gəncin ailə dramı barədə yazılar yer aldı. Məlumatlarda Orxan Bağıyevin atasının təzyiqlərinə məruz qalması, ali məktəbə daxil olsa da atasnın onun attestatını cıraraq məktəbə getməsinə mane olması barədə xəbərlər yer alırdı.

Bizim yol.Info saytı bu məsələni araşdırmağa qərar verib. Orxan Bağıyevin bildirdiyinə görə onun anası 2005-ci ildə xəcəng xəstəliyindən dünyasını dəyişib. Atası ikinci dəfə ailə qurub. Atası fəhlə işləyir. İki qardaşı və bir bacısı var. Bir qardaşı hərbi xidmətdədir. Digər qardaşı ailədən ayrı yaşayır və işləyir. Orxan orta məktəbi bu il bitirib və Azərbaycan Dillər Universitetinə daxil olub. Bir müddət öncə evdə ailəiçi problemlər yaşanmağa başlayıb.

Orxan atasını məhkəməyə verəcəyini bildirərək, israrla atasının onun şəxsi həyatına qarışdığını qeyd edir. Azərbaycanda fəaliyyət göstərən UAFA təşkilatı Orxan Bağıyevə dəstək göstərib və sənədlərini vaxtında qəbul olunduğu Dillər Universitetinə təqdim etmək üçün ona yardımçı olub.
Ailə Qadın Uşaq Komitəsindən Bizimyol.info saytına verilən məlumata görə, Orxan Bağıyev barəsində onlarda hələ ötən ildən məlumat var.Hər şey ilk baxışda göründüyü kimi deyil. Problemin arxasıda nə dayanır? Media orqanlarının məzlum kimi cəmiyyətə tanıtdğı bu oğlan əslində kimdir? Bəlkə məsələnin arxasında başqa şeylər də dayanır. Ali məktəbə girdiyi halda niyə ata öz oğlunu israrla əsgərliyə yola salmaq istəyir (Orxan belə iddia edir).Bəlkə atanın sosial şərtləri oğlunu oxutmağa imkan vermir?. Bu pərdəni aralamağa çalışdıq.

Orxan Bağıyevin atası Natiq Aydın oğlu Bağıyevin Bizimyol.info saytına verdiyi açıqlamada bildirilir ki, o Orxanın oxumağına qarşı çıxmayıb:

"Orxan və qardaşlarını mənim ikinci xanımım böyüdüb. Anaları rus idi, Rusiya vətəndaşı idi. O rəhmətə gedəndən sonra onları mən böyüdüb, başa çatdırmışam. Ustalıqla, fəhləliklə. Orxanı oxutmaq fikrim yox idisə niyə onun şəxsiyyət vəsiqəsini gizlətmədim, niyə imtahana girməsinə mane olmadım? Deyir uşaqlıqdan işləyirəm, uşaqlıqdan işləyirdisə orta məktəbdən attestatı necə aldı? 18 yaşı olanda şəxsiyyət vəsiqəsini alıb işləməyə başladı. Hətta həmin gü3n həyətdə dostlarımız da gəlmişdi , onlarla oturmuşduq, dedi ki, ata işləyib sənin belini müalicə etdirəcəm. Mən də dedim özünə pal-platar alarsan.

Onlarn Rusiyadakı nənəsi ilə xalası evimizi əlimzdən almaq üçün uşaqları qızışıdırb üstümə salırlar. Mən atayam , oğlum tərbiyəli olsun deyə, gecə içib evə sərxoş halda gəlirsə hirslənməyə haqqım yoxdurmu? Mənə deyir sərbəst yaşamaq istəyirəm. Problem bundadır. Nənələri deyir uşaqlar Rusiya vətəndaşıdırlar, niyə Azrbaycanda əsgərlikdən keçməlidirlər. Uşaqlar Azərbaycan vətəndaşıdırlar. Vətən borclarını da verməlidirlər. Amma mən "oxumasın, əsgər getsin” demirəm. Orxanı qardaşı 12 il ona çörək vermiş analığını boğaraq divara dirəyib, Orxan da məni polislə, məhkəmə ilə hədələyir.

Madam ki, haqqımda belə iftiralar yayır, mən də bu işi məhkəmə yolu ilə həll edəcəm. Nənəsi ilə xalasının mənə göndərdiyi səs yazılarını eşidədə adam utanır, qadın elə söyüşlər söyür .Bu həmin nənədir ki, anaları rəhmətə gedəndə uşaqları internata vermək istəyirdi, mən narazılqı edib qoymadım, dedim uşaqları özüm böyüdəcəm. Orxanın böyük qardaşı bir neçə il öncə narkotiklə tutulmuşdu, elə evdən o qaçan oldu. Orxan da 18 yaşı olub işləməyə başlayanda onun başını pozdu ki, mən qazanıb qəlyanxanalarda kef çəkirəm , sən amma zəhmət çəkirsən. O da beləcə qardaşına qoşulmaq istədi. Orxanı tək bir dəfə vurmuşam, içib saat birdə gəlmişdi, onda da çantasıını öncədən hazırlaybmış , dedi gedirəm.Axı mən pis ata olmamışam”. Bunlar Orxanın atasının dedikləridir.

Hər bir halda Orxan oxuyub , ali təhsil alacaq, cəmiyyət ona bu dəstəyi verdi. Amma ümid edirik ki, atası ilə aralarında yaranmış bu gərginliyi də gələcəyin ziyalısı olaraq özü həll etməyə çalışacaq.Öncə evinə oğul olmaq lazımdır, daha sonra elinə.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tovuzda yaşayış evində 50 yaşlı kişinin meyiti aşkarlanıb
23:33 29.10.2026
Tovuzda yaşayış evində 50 yaşlı kişinin meyiti aşkarlanıb
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - FOTOLAR
23:24 29.10.2026
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - FOTOLAR
Bakıda yük avtomobili qəza törədib, yolda hərəkət məhdudlaşdırılıb
23:19 29.10.2026
Bakıda yük avtomobili qəza törədib, yolda hərəkət məhdudlaşdırılıb
Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
23:12 29.10.2026
Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
23:09 29.10.2026
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
23:03 29.10.2026
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
22:49 29.10.2026
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
22:38 29.10.2026
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
Qalibaf: İranın yeddi şərti qəbul edilmədən danışıqlarda irəliləyiş mümkün deyil
22:30 29.10.2026
Qalibaf: İranın yeddi şərti qəbul edilmədən danışıqlarda irəliləyiş mümkün deyil
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
22:18 29.10.2026
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
22:09 29.10.2026
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
22:03 29.10.2026
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
21:53 29.10.2026
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
21:48 29.10.2026
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
21:36 29.10.2026
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Trampla Ərdoğan arasında telefon danışığı olub
21:29 29.10.2026
Trampla Ərdoğan arasında telefon danışığı olub