Oğlumun adı Xiyar, qızımın adını Xiyarə olsun! – BİABIRÇILIQ

Oğlumun adı Xiyar, qızımın adını Xiyarə olsun! – BİABIRÇILIQ
SOSİAL
15:14 25.07.2017
15661
Azərbaycanda "Əl Qaidə" beynəlxalq terror şəbəkəsinin qurucusu Üsamə Ben Ladenin fanatı olan valideyn Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına müraciət edərək oğluna 1 nömrəli terrorçunun adını qoymaq istədiyini bildirib.

Bu barədə Sputnik Azərbaycan-a Komissiyanın sədr müavini, filologiya elmləri doktoru Sayalı Sadıqova məlumat verib.

Onun sözlərinə görə, komissiya həmin vətəndaşın xahişini rədd edib və bildirib ki, həmin ad xoşagəlməz assosiasiyalar doğurur və milli deyil. Valideyn komissiyanın qərarından məhkəməyə müraciət edib, lakin burada da rədd cavabı alıb: "O başa düşmür ki, sabah uşaq məktəbə gedəcək və ətrafdakılar ona gülərək həyatını dözülməz edəcəklər. Praktikamlzda oğluna "Şekspir" adını qoymaq istəyən valideynə də rast gəlmişik. Bu, heç də ən dəhşətli hallar deyil. 2014-cü ildə qərb bölgələrindən birinin təmsilçiləri anadan olan əkizlərə "xiyar" və "xiyarə" adlarını qoymaq istəyirdilər".

S.Sadıqovanın deyir ki, bu yaxınlarda isə komissiyaya müraciət edən şəxs oğlunun adını "Cani" qoymaq istəyirmiş: "Ondan adın mənasını soruşduq, bilmədi. Dedi ki, babasının adı elə olub və bu adı yaşatmaq istəyir. Cani "cinayətkar" deməkdir. Bu işə daha məsuliyyətli yanaşmaları üçün xalqı maarifləndirmək lazımdır. Yeri gəlmişkən, bizim praktikamızda övladına "Cani" adını vermək istəyən az deyil".

Başqa bir valideyn isə komissiyaya zəng edərək qızına "Türmə" adını qoymaq üçün məsləhətləşib. İş ondadır ki, həmin şəxsin nənəsinin adı elə olub. Nəslin başbilənləri qıza o adı qoymağı məsləhət görüblər, uşağın atası bunun düzgün olmadığını başa düşüb, lakin ağsaqqallara etiraz edə bilməyib. Ona görə də komissiya ilə məsləhətləşərək onlardan "türmə"yə oxşar uyğun ad tövsiyyə etmələrini xahiş edib. Lakin istəyinə nail ola bilməyin. Komissiya üzvləri "türmə"yə oxşar "sürmə", "burma", "xurma" sözlərini yada sala biliblər. Bu sözlər isə ad üçün uyğun deyil…

"Gülməli adlar sovet dövründə də olub. Uşaqlara Ansabl, Komsomol, Traktor, Sovet adlarını qoyublar. Biz 1750 belə qəribə ad taparaq onlara qadağan qoymuşuq. Bu siyahıda çox qeyri-adi adlar var: Çervon, Fağır, Pətiş, Fətiş, Cinayət, Cındır və s. Qeyd etmək lazımdır ki, belə məhdudiyyətlər başqa ölkələrdə də mövcuddur. Bizdən tez-tez adın insan taleyinə təsiri barədə soruşurlar. Əgər bir insanı gündə 50 dəfə "Cinayət" deyə çağırsanız, yəqin ki, bu onun hərəkətlərinə də təsir göstərər" — Sadıqova qeyd edir. 

Eyni zamanda Sadıqova vurğulayıb ki, komissiya heç də qeyri-adi gözəl adların əleyhinə deyil. Məsələn, valideynlərdən biri İşılay adını fikirləşib və bu ad icazə verilənlər siyahısına daxil edilib. Bu siyahıda 5500-dən artıq ad var. On il əvvəl Azərbaycanda Nuray, Nurgün adları yox idi. Lakin 2013-2014-cü illərdə ən populyar adlar bunlar olub.

"Uşaqlara ad verilməsinə nəzarət Nazirlər Kabinetinin xüsusi qərarı ilə həyata keçirilir. Əsasən türk mənşəli milli adlara üstünlük verilir. Uşaqlarına Renata və ya Lida adını qoymaq istəyən azərbaycanlılar bizə müraciət etmişdilər. Əlbəttə, ölkəmiz çoxmillətlidir, burada yaşayan etnik qrupların özlərinə uyğun adları var və biz onların seçiminə hörmətlə yanaşırıq, lakin azərbaycanlılara övladlarına Qalya, Olya və ya Lida adı verməyi məsləhət görmürük, çünki biz milli adlarımızı yaşatmalıyıq", - komissiyanın sədr müavini əlavə edib.

Ərəb mənşəli Azərbaycan adlarına gəldikdə isə, Sadıqova bildirib ki, ölkəmizin ərazisində İslam yayıldıqdan sonrakı dövr ərzində bizdə ərəb sözlərinin özünəməxsus səsləndirilməsi əmələ gəlib: "Məsələn, "Fatimə" adı ərəbcə "Fatimeyi"dir. Uzun əsrlər boyunca bu adlar artıq bizim üçün doğmalaşıb. Biz gözəl səslənən və əcnəbi adların əleyhinə deyilik. Elton, Roman, Məryəm adlarını həm müsəlmanlar, həm də xristianlar qoyurlar. Söhbət bu məsələdə düşünülmüş addım atmaqdan gedir. Adlar və izahlar olan lüğətlər bütün qeydiyyat şöbələrinə paylanıb. Əgər vətəndaşlar ad fikirləşə bilmirlərsə, qoy lüğətdən istifadə etsinlər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
19:45 21.06.2025
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
19:34 21.06.2025
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
19:20 21.06.2025
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
19:09 21.06.2025
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
19:06 21.06.2025
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
18:59 21.06.2025
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
18:46 21.06.2025
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
18:37 21.06.2025
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
Cekson görünüşünə görə kompleks yaşayırmış
18:18 21.06.2025
Cekson görünüşünə görə kompleks yaşayırmış
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
18:05 21.06.2025
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
17:57 21.06.2025
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
17:53 21.06.2025
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
17:42 21.06.2025
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
Qabiliyyət imtahanlarına start verildi
17:33 21.06.2025
Qabiliyyət imtahanlarına start verildi
"Azərbaycanda kazinoların fəaliyyətinə icazə verilməsi turizm infrastrukturunun daha da inkişaf etdirilməsi üçündür"
17:16 21.06.2025
"Azərbaycanda kazinoların fəaliyyətinə icazə verilməsi turizm infrastrukturunun daha da inkişaf etdirilməsi üçündür"
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
17:00 21.06.2025
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib