“Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu” keçirildi - FOTOLAR

“Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu” keçirildi - FOTOLAR
SOSİAL
13:06 01.02.2025
316
2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar "Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu” keçirilib. Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə gerçəkləşib.

200-dən çox Azərbaycan Könüllüsünü bir araya gətirən forumun əsas məqsədi İttifaq tərəfindən üzv təşkilatların fəaliyyətinin artırılması, dayanıqlı inkişafının təmin edilməsi, təşkilatlar arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək olub.

Forumun rəsmi açılış hissəsində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Forumda Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asif Əsgərov, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və AKTİ-yə üzv təşkilatların rəhbərləri, media nümayəndələri, bir sıra rəsmi qonaqlar və könüllülər iştirak ediblər.

Çıxış edən rəsmilər 2 Fevral – Gənclər Gününün Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilməsi və bu günün Azərbaycan gəncliyinə verilən yüksək önəmin göstəricisi olduğunu vurğulayıblar. Qeyd edilib ki, könüllülük fəaliyyəti gənclərin şəxsi və peşəkar inkişafına töhfə verərək, eyni zamanda cəmiyyətə xidmətin mühüm bir formasıdır. Bildirilib ki, forum könüllü təşkilatlarının bir araya gəlməsi və gənclərin ideya mübadiləsi aparması üçün mühüm platformadır.

Forumda Azərbaycan Könüllüsü, "Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Şəbnəm İbrahimli və Azərbaycan Könüllüsü, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İnformasiya Texnologiyaları şöbəsinin aparıcı mütəxəssisi Anar Əhmədli öz uğur hekayələrini paylaşaraq, könüllülük fəaliyyətlərinin şəxsi və peşəkar inkişafda necə böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Daha sonra forumda gənc regional nümayəndələr və bir qrup Azərbaycan Könüllüləri səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıb. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra istedadlı Azərbaycan Könüllülərinin ifasında musiqili bədii proqram dinlənilib.

Forum çərçivəsində "Könüllülük hərəkatında yeni perspektivlər və dayanıqlı inkişaf” adlı panel sessiya təşkil edilib. AKTİ-nin sədri Vüqar Əliyevin moderatorluğu ilə keçirilən paneldə spikerlər – Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun aparıcı məsləhətçisi, AKTİ-nin İdarə heyətinin üzvü Emiliya Bayramova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru  Azər Əliyev və "Regional İnkişaf” İctimai Birliyinin Layihələr və Könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva çıxış ediblər. Onlar "Könüllülükdə dayanıqlı inkişaf və beynəlxalq təmsilçilik”, "Regionlarda gənclər üçün karyera imkanları” və "Region könüllülük hərakatında mövcud problemlər və həlli yolları” mövzularında fikirlərini bölüşüblər.

Bildirilib ki, könüllülük fəaliyyətlərinin dayanıqlı inkişafını təmin etmək üçün strategiyalar hazırlanmalı, resurs çatışmazlığı, motivasiya və koordinasiya kimi problemlərin həlli istiqamətində addımlar atılmalıdır. Gənclərin beynəlxalq könüllülük hərəkatlarında aktiv iştirakı ölkəmizin beynəlxalq səviyyədə tanınmasına və daha geniş əməkdaşlıqlara şərait yaradır. Həmçinin, könüllülük hərəkatının regional miqyasda da genişləndirilməsi vacibdir. Regionlarda karyera imkanlarının artırılması, gənclərin gələcək iş həyatına hazırlığına və şəxsi inkişafına müsbət təsir göstərir. Könüllü fəaliyyətlər gənclərə təcrübə qazandırmaq və onların iş bazarında rəqabət üstünlüyü əldə etmələri üçün əvəzsiz bir vasitədir.

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”