Oğlunu prorektor təyin edən rektor qızına da yüksək vəzifə veribmiş

SOSİAL
02:35 08.03.2016
7786
22 yaşlı oğlunu rəhbərlik etdiyi universitetə prorektor təyin edən rektor öz qızını da yüksək vəzifəyə təyin edibmiş. Bu fakt haqqin.az saytının araşdırması nəticəsində ortaya çıxıb. Sayt xəbər verir ki, rektorun qızı bu universitetdə İcra Aparatının rəhbəridir.
Bakı Avrasiya Universitetinin (BAU) rektoru Nazim Hüseynli oğlu Günhan Hüseynlini 22 yaşında olarkən bu universitetə rektor təyin edib. Günhan Hüseynli atası tərəfindən bu vəzifəyə 2013-cü ildə - İqtisad Universitetini bitirdikdən dərhal sonra təyin edilib. Bu mövzu ölkə mətbuatının gündəmini silkələyəndən sonra haqqin.az saytı universitetlə bağlı araşdırma aparıb və məlum olub ki, rektorun qızı Nigar Hüseynova da universitetdə yüksək vəzifə tutur. Nigar Hüseynova 2012-ci ildə BAU kadr işinin təşkili və informasiya təminatı departamentinin rəhbəri, kadr və ümumi işlərin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2013-cü ildən İcra aparatının rəhbəri vəzifəsini tutur (mənbə: haqqin.az).
Məlumat üçün qeyd edək ki, 1992-ci ildə AXC hakimiyyəti dövründə Nazim Hüseynli də daxil olmaqla 4 nəfər şərikli olaraq Ali Diplomatiya Kollecini təsis ediblər. İlk illər bu təhsil qurumu fəaliyyətini qura bilməyib. 1994-cü ildə Nazim Hüseynlinin dayısı İzzət Rüstəmov baş nazirin müavini təyin edildikdən sonra kollec tam himayə alıb və sürətlə böyüyüb. Sonradan müəmmalı şəkildə təsisçilərdən üçü sıradan çıxarılıb.
1999-cu ildə İzzət Rüstəmov "vurulandan" sonra imtiyazlarını itirən Ali Diplomatiya Kollecinin bağlanması məsələsi dəfələrlə gündəmə gəlib. Belə ki, Nazim Hüseynli köhnə ADP-çidir və bu günə qədər də Rəsul Quliyevlə əlaqələrini davam etdirir.
Ali Diplomatiya Kolleci 2005-ci ildən etibarən Bakı Avrasiya Universiteti adı altında fəaliyyət göstərir. Son illər təhsilin keyfiyyəti ilə bağlı çoxsaylı narazılıqlar üzündən universitetin bağlanması məsələsi dəfələrlə gündəmə gəlib.
Rektorun heç bir iş təcrübəsi olmayan oğlunu prorektor təyin etməsi məsələsinə BAU-dan rəsmi açıqlama verilib. Universitet bildirib ki, rektor bu addımı Prezident İlham Əliyevin gənclərə üstünlük verilməsi ilə bağlı tövsiyələrini nəzərə alaraq atıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb