Oğlunu şeytana qurban kəsmək istədi - FOTO

MARAQLI
12:01 14.12.2012
2567

ABŞ-da polis 39 yaşlı Texas sakinini həbs edib.

Buna səbəb Brent Troy Bartel adlı şəxsin özünün 6 yaşlı oğluna əzab verməsidir. "Mistik çərşənbədə (12.12.12 tarixində) Brent öz oğlunun belində sakral simvol çəkib. Uşağın qanaxması başlayanda o, 911 qaynar xəttinə zəng vurub. Operator nəyin baş verdiyini soruşada o, "Bu gün sakral gündür" - deyib.  Brent dekabrın 12-də gecə saat 00:10-da oğlunun belində pentaqram (beşguşəli ulduz) çəkib. Bu simvolu adətən iblisə sitayiş edənlər istifadə edirlər.  Hadisə yerinə gedən polislər gördüklərindən şok yaşadıqlarını, bu cür şeyləri yalnız filmlərdə izlədiklərini deyiblər.  Brent Bartel nəzarət altına götürülüb. Ona qarşı ağır vəziyyətdə şəxsə silahla hücum etmək ittihamı irəli sürüləcək. (milli.az)

OXŞAR XƏBƏRLƏR