Oğlunu xilas etmək üçün ata özünü fəda etdi

Oğlunu xilas etmək üçün ata özünü fəda etdi
DÜNYA
21:34 16.08.2018
8419
Avstraliyanın Sidney şəhərində oğlunu xilas etmək üçün kişi özünü eyvandan atıb.

AZXEBER.COM oxu.az-a istinadən bildirir ki, keçmiş hərbçi və dalğıc Bred Lyuis 8 yaşlı oğlu Oskarla dostunun evində qonaq olub. Uşaq oyun əsnasında balkonun məhəccərinə yaxınlaşıb və aşağı boylanıb, lakin müvazinətini itirib.

Oğlunun yıxılacağını görən Lyuis özünü yetirərək Oskarı tutmağa macal tapıb, amma hər ikisi 4 mter hündürlükdən betonun üstünə yıxılıblar. Bu zaman övladını qucaqlayan ata onun daha yüngül zədələnməsinə səbəb olub.

Uşağın beyni zədələnib, kəllə sümükləri sınıb. O, artıq xəstəxanadan evə buraxılıb.

Lyuis isə açıq kəllə-beyin travması alıb, onun beyni də zədələnib. Onun müalicəsi 6 aydan bir ilə qədər davam edəcək.
OXŞAR XƏBƏRLƏR