"ATV" kanalında yayımlanan "Bizimləsən" proqramında qeyri-adi hadisə baş verib.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, veriliş zamanı aparıcı Zaur Baxşəliyev uzun müddətdir oğlu itkin düşən ataya şad xəbər verib. O, gəncin tapıldığı barədə Daxili İşlər Nazirliyindən ona məlumat verildiyini bildirib.
Daha sonra ata sevindiyindən yerində qalxaraq musiqi olmadan rəqs etməyə başlayıb.
Onun bu addımı zaldakı tamaşaçıları və ekspertləri çox təəccübləndirib. Baxşəliyev atanın "Əhd etmişəm, oğlum tapılarsa, rəqs edəcəm" dediyini bildirib.
Ətraflı videoda: