Oman millisi Bakıya gələ bilməyəcək

Oman millisi Bakıya gələ bilməyəcək
İDMAN
13:58 22.03.2026
258
"FIFA Series” turnirində iştirak edəcəyi gözlənilən Oman milli komandası Azərbaycana səfər etməyəcək. 

AZXEBER.COM xəbər verir ki, buna səbəb Yaxın Şərqdəki mövcud vəziyyətdir. 

Həmin duruma görə, Oman millisinin səfəri mümkünsüz görünür. Buna görə də turnir formatında dəyişiklik gözlənilir. İlkin plana əsasən, Azərbaycan martın 27-də Sent-Lusiya, Oman isə Syerra-Leone ilə qarşılaşmalı idi. Oyunların qalibləri daha sonra finalda, məğlublar isə üçüncü yer uğrunda matçda qarşılaşacaqdılar. 

Lakin artıq üç komanda qaldığı üçün formatın dəyişdirilməsi gözlənilir.
OXŞAR XƏBƏRLƏR