Ombudsman Aparatı: “Prezident seçkiləri demokratik, şəffaf, ədalətli şəraitdə keçirilib”

SİYASƏT
17:50 14.10.2013
1671

Xalqımızın və demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında xüsusi əhəmiyyət kəsb edən 9 oktyabr Azərbaycan Respublikasının Prezidenti seçkiləri demokratik, şəffaf, ədalətli şəraitdə keçirilib və yüksək fəallıqla və mütəşəkkilliklə başa çatıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ombudsman Aparatının seçkilərlə bağlı açıqlamasında deyilir.Qeyd edilir ki, bu seçkiləri 40 minə yaxın müşahidəçi, o cümlədən 1300 nəfər beynəlxalq müşahidəçi izləyib.“Fəaliyyətinin əsas istiqamətlərindən biri də vətəndaşların seçki hüququnun müdafiəsindən və təmin edilməsi vəziyyətinin öyrənilməsindən ibarət olan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova və Ombudsman təsisatının mərkəzi, habelə regional ofislərinin 39 əməkdaşı ötən illərdəki müsbət təcrübə nəzərə alaraq, seçki prosesini Bakı şəhəri və ölkənin bütün regionlarını əhatə etməklə, bir çox seçki dairələrinin seçki məntəqələrində özlərinin təşəbbüsü ilə qeydiyyatdan keçərək müşahidəçi qismində seçkilərə qatılıblar.Müvəkkil və əməkdaşları qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, Müdafiə Nazirliyinin bir sıra hərbi hissələrində, ali hərbi məktəblərdə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında da səsvermə prosesini izləyiblər, açıqlamada deyilir.Qeyd edilib ki, ümumilikdə Bakı şəhərində və 50-dən çox rayonda 107 seçki dairəsi üzrə 391 seçki məntəqəsində müşahidə aparılıb. Ombudsman paytaxtın bütün rayonlarında bir çox seçki dairələri üzrə seçki məntəqələrində, o cümlədən qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində, Müdafiə Nazirliyinin 112 saylı hərbi hissəsində təşkil edilmiş, habelə məcburi köçkünlər üçün yaradılmış məntəqələrdə səsvermə prosesini şəxsən izləyib, eyni zamanda respublikanın müxtəlif bölgələrində müşahidəçi qismində səsvermə prosesində iştirak edən əməkdaşlardan müntəzəm olaraq məlumatları qəbul edib”.Müvəkkil səsvermə günü Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzində aparılan müşahidələrin nəticələrini ümumiləşdirərək, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin diqqətinə çatdırıb, bir neçə TV-yə müsahibə verib.“Ümumilikdə yüksək seçici fəallığı şəraitində keçən səsvermə zamanı yerli icra strukturları və polis əməkdaşları tərəfindən səsvermə prosesinə müdaxilə halları müşahidə edilməmiş, səsvermənin nəticələrinə təsir edə və ya qanunauyğunluğunu şübhə altına ala biləcək pozuntulara yol verilməyib. Müşahidə edilmiş bəzi məntəqələrdə MSK tərəfindən veb-kameralar quraşdırılıb, seçkilərin bilavasitə izlənilməsi üçün şərait yaradılıb”.Açıqlama da o da deyilir ki, prezident seçkiləri yüksək seçici fəallığı, mütəşəkkilliklə, Seçki Məcəlləsinə uyğun həyata keçirilməklə, Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyətimizin daha da demokratikləşməsi, idarəetmənin, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğunu bir daha təsdiqlədi”.

OXŞAR XƏBƏRLƏR