Ombudsman Gəncə terrorunda valideynlərini itirən Xədicə ilə bağlı məlumat yaydı

Ombudsman Gəncə terrorunda valideynlərini itirən Xədicə ilə bağlı məlumat yaydı
SOSİAL
14:28 06.11.2020
708

Hər iki valideynini itirmiş Xədicənin məsələsi Ombudsmanın daimi nəzarətindədir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumları nəticəsində hər iki valideynini itirmiş 3 yaşlı Şahnəzərli Xədicə Röyal qızı barəsində sosial şəbəkələrdə video görüntülər yayılıb. Məsələ Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqətindədir.

İlk gündən Müvəkkilin təşəbbüsü ilə zərərçəkmiş ailə və uşaqlara ünvanlanan psixoloji konsultasiyalara Xədicə də cəlb olunub. Fəaliyyət prosesində uşağın mərhum valideynlərinin yaxın qohumlarına qanunvericiliyə uyğun olaraq qəyyumluğa götürülmə proseduru da izah edilib, hüquqi məsləhətlər verilib.

Xədicə hazırda ana tərəfindən nənə və babasının himayəsində yaşayır və yaxın qohumları onun rəsmi qəyyumluğa götürülməsi ilə bağlı Qəyyumluq və Himayəçilik orqanına müraciət ediblər. Xədicənin ata qohumları da onun qəyyumluğa götürülməsi üçün müraciət edib.

Hazırda hər iki ailənin Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına müraciəti əsasında aidiyyatı dövlət qurumlarına sorğular verilməklə müvafiq araşdırmalar aparılır. Araşdırma müddətində Xədicənin psixioloji durumu nəzərə alınaraq nənəsi Ağayeva Sevinc Bayram qızının himayəsində yaşaması Qəyyumluq və Himayəçilik orqanı tərəfindən məqsədəuyğun hesab edilib.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 136.1-ci maddəsinə əsasən Qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Həmin Məcəllənin 137.2-ci maddəsinə əsasən isə uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır.

Uşağın ən ümdə maraqlarının təmini baxımından onun saxlanması, tərbiyə olunması, təhsil alması, habelə hüquqlarının müdafiəsi məqsədilə müraciət etmiş ən uyğun şəxs qəyyum olaraq təyin olunmalıdır.

Bu baxımdan Xədicənin valideynlərinin yaxın qohumlarına səbirli olmağı və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanının qəyyumluqla bağlı müvafiq qərarını gözləməyi, həmçinin bu müddət ərzində Xədicənin psixoloji sağlamlıq durumuna xələl gətirə biləcək münaqişəli hallardan uzaq durmalarını tövsiyə edirik.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı