"Pandemiya dövründə distant təhsil məsələsi aktuallaşıb. Bütün uşaqların distant təhsilə qoşulması üçün lazımi şərait yaradılmalıdır”.
AZXEBER.COM-un xəbərinə görə, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.
O bildirib ki, kənd yerlərində bir sıra hallarda internetin olmaması, texniki təchizatın olmaması uşaqların vaxtında dərslərə qoşulmasına mane olur:
"Bu probemlərin aradan qaldırılması üçün müvafiq tədbrlər görülməlidir”.