Ombudsman erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atmasını pislədi

Ombudsman erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atmasını pislədi
SİYASƏT
11:56 13.11.2021
766
Azərbaycanın İnsan Hüquqları Müvəkkili (Ombudsman) erməni terrorçunun Şuşada Azərbaycan və Rusiya hərbçilərinə qumbara atmasına münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, Ombudsmanın rəsmi tviter səhifəsindəki paylaşımında bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni qeyri-qanuni silahlı dəstə üzvlərinin Azərbaycan hərbi qulluqçularına qarşı törətdiyi terror aktını qətiyyətlə pisləyib.

"Bu, regionda sülhün qurulması prosesinə ciddi təhlükədir” - paylaşımda bildirilib.
OXŞAR XƏBƏRLƏR