Ombudsman: Erməniəsilli məhbuslarla bağlı iddialar əsassızdır

Ombudsman: Erməniəsilli məhbuslarla bağlı iddialar əsassızdır
SİYASƏT
11:10 05.09.2026
551
"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) sentyabrın 4-də Ermənistanda keçirilmiş mətbuat konfransında törətmiş olduqları cinayətlərə görə məhkum olunmuş erməniəsilli şəxslərin Azərbaycanda dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, onların üzərində işgəncə törədilməsi, xristian dini simvollarının məhv edilməsi, "İncil"dən istifadəyə imkan verilməməsi və "Quran" oxumağa məcbur edilməsi barədə səsləndirilmiş iddiaları əsassız və qərəzli hesab edir və aparılan sülh danışıqlarının pozulmasına yönəlik bir cəhd kimi qiymətləndirir".

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistan hüquq müdafiəçisinin səsləndirdiyi iddialara cavab olaraq bildirib.

Qeyd olunub ki, heç bir etibarlı sübut təqdim edilmədən belə ağır ittihamların fakt kimi ictimaiyyətə təqdim olunması insan hüquqlarının müdafiəsi prinsipləri ilə bir araya sığmır:

"Xüsusilə, ayrı-ayrı şəxslərlə bağlı məsələlərin dini mənsubiyyətlə əlaqələndirilməsi və xristian-müsəlman qarşıdurması müstəvisinə keçirilməsi cəhdləri yolverilməzdir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dünyəvi dövlətdir. Ölkədə müxtəlif dini konfessiyalara mənsub şəxslərin hüquq və azadlıqlarının təmin olunmasına bərabər yanaşılır, onların dini etiqad azadlığına hörmət edilir. Məhkəmə tərəfindən müəyyən edilmiş cinayət məsuliyyətini şəxslərin etnik mənsubiyyəti ilə əlaqələndirmək və həmin şəxslərin törətdikləri əməllərə görə qanuni əsaslarla çəkdikləri cəzanı "etnik və ya dini təqib” kimi təqdim etmək yolverilməzdir. Cinayət məsuliyyəti şəxsin hansı etnik mənsubiyyətə və ya dini etiqada malik olması ilə deyil, törədilmiş əməlin xarakteri, həmin əməl üzrə toplanmış sübutlar və məhkəmənin hüquqi qiymətləndirməsi ilə müəyyən olunur.

Ombudsmanın Milli Preventiv Qrupunun müxtəlif vaxtlarda həyata keçirdiyi monitorinq və başçəkmələr zamanı Azərbaycan ərazisində saxlanılan erməniəsilli şəxslərlə konfidensial görüşlər keçirilmiş, tibbi və psixoloji vəziyyətləri qiymətləndirilmiş, beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqları onlara öz ana dillərində izah edilmişdir. Həyata keçirilmiş monitorinqlər zamanı həmin şəxslərin hüquq və azadlıqlarının beynəxalq standartlara uyğun səviyyədə, ayrı-seçkiliyə yol verilmədən təmin edildiyi, tibbi yardım və digər zəruri xidmətlərə çıxışlarının olduğu müəyyən edilmişdir. Bu baxımdan, Ombudsman insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti siyasi məqsədlərə xidmət edən bəyanatlardan və qarşıdurma ritorikasından fərqləndirməyin zəruriliyini xüsusi vurğulayır. Yoxlanılmış faktlara əsaslanmadan "işgəncə”, "dini təqib” və dini mənsubiyyətə görə ayrı-seçkilik kimi ağır ittihamların irəli sürülməsi ictimai rəyi yanıltmağa, sülh danışıqlarını pozmağa və dini zəmində qarşıdurma yaratmağa xidmət edir".

Bildirilib ki, bu cür məsuliyyətsiz yanaşmalar Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi fonunda xüsusilə narahatedicidir:

"Davamlı sülh yalnız siyasi və hüquqi razılaşmalarla deyil, eyni zamanda cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsi, dözümsüzlük və nifrət ritorikasından çəkinilməsi ilə mümkündür. Təsdiqlənməmiş məlumatların dini zəmində təqdim edilməsi cəmiyyətlər arasında etimadsızlığı dərinləşdirir və sülh və barışıq üçün zəruri olan mühitə zərər vurur.
İnsan hüquqlarının müdafiəsi siyasi məqsədlər naminə faktların təhrif edilməsini və dini mənsubiyyət üzərindən düşmən obrazının yaradılmasını qəbul etmir. Bu sahədə fəaliyyət göstərən şəxslər öz açıqlamalarında məsuliyyətli olmalı, obyektiv və yoxlanılmış faktlara əsaslanmalı, sülhə və qarşılıqlı etimada xələl gətirə biləcək ritorikadan çəkinməlidirlər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hərbçilərin həyat yoldaşlarına 400 manat müavinət veriləcək
14:52 17.11.2026
Hərbçilərin həyat yoldaşlarına 400 manat müavinət veriləcək
Məktəblimiz beynəlxalq sərgidə xüsusi mükafata layiq görülüb
14:39 17.11.2026
Məktəblimiz beynəlxalq sərgidə xüsusi mükafata layiq görülüb
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:29 17.11.2026
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
Yaponiya Rusiyaya nota verdi: 81 illik mübahisə yenidən alovlandı
14:15 17.11.2026
Yaponiya Rusiyaya nota verdi: 81 illik mübahisə yenidən alovlandı
Qara dənizdə qaz daşıyan gəmi batdı - ekipajın xilasetmə əməliyyatı aparılır
14:11 17.11.2026
Qara dənizdə qaz daşıyan gəmi batdı - ekipajın xilasetmə əməliyyatı aparılır
Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil
13:51 17.11.2026
Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil
Ukrayna NATO-ya üzv ola bilər? -  “Şansı minimum səviyyədədir”
13:45 17.11.2026
Ukrayna NATO-ya üzv ola bilər? - “Şansı minimum səviyyədədir”
Krım körpüsünə yenidən hücum: Hərəkət dayandırıldı
13:42 17.11.2026
Krım körpüsünə yenidən hücum: Hərəkət dayandırıldı
33 manatlıq parkinq müzakirə yaratdı – Tariflər necə müəyyənləşdirilməlidir? - VİDEO
13:28 17.11.2026
33 manatlıq parkinq müzakirə yaratdı – Tariflər necə müəyyənləşdirilməlidir? - VİDEO
Almaniya XİN başçısı bu gün Azərbaycana gələcək
13:20 17.11.2026
Almaniya XİN başçısı bu gün Azərbaycana gələcək
Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR
13:11 17.11.2026
Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR
Elviranın ölümü ilə bağlı ATU tələbələrindən şok iddialar: Rəşid Mahmudov sərt cavab verdi
13:08 17.11.2026
Elviranın ölümü ilə bağlı ATU tələbələrindən şok iddialar: Rəşid Mahmudov sərt cavab verdi
“Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
13:04 17.11.2026
“Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
Ailə büdcəsini ən çox hansı xərclər tükədir? – VİDEOSORĞU
12:53 17.11.2026
Ailə büdcəsini ən çox hansı xərclər tükədir? – VİDEOSORĞU
Sabah hava necə olacaq?
12:35 17.11.2026
Sabah hava necə olacaq?
Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
12:14 17.11.2026
Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir