Bu sözləri jurnalistlərə açıqlamasında İnsan Haqları Üzrə Müvəkkil Elmira Süleymanova müxalifətin aksiyalarında həbs olunmuş şəxslərlə bağlı sualları cavablandırarkən deyib. Elmira Süleymanova bildirib ki, Ombudsmanın Beynəlxalq Konvensiyaya uyğun olaraq üçüncü tərəf kimi məhkəmlərdə iştirak hüququ var. Lakin eyni zamanda Ombudsman vurğulayıb ki, onlar məhkəmə proseslərinə qarışmırlar.
E.Süleymanova bunu məhkəmələrdən çoxlu sayda şikayətlərin olması ilə bağlayıb: «Azərbaycanda məhkəmələr haqqında şikayətlər çoxdur, bu, sirr deyil. Heç kimə sübut etmək olmaz ki, məhz nəyə görə filankəsin məhkəmə işinə çıxdım, amma sizin işinizə çıxmadım. Ona görə də bu məsələlər tarazlaşdırılmalıdır. Ancaq bununla yanaşı, demək olmaz ki, biz məhkəmələrlə işləmirik. Qanuna uyğun olaraq, əgər süründürməçiliyə yol verilirsə, qərarlarla bağlı şikayətlər varsa, biz mütləq şəkildə müraciət edirik və vəziyyəti araşdırmağı, ədalətli qərar qəbul etməyi xahiş edirik. Ombudsmanın vəzifəsi budur. Əgər kimsə gözləyirsə ki, məhkəmənin, polisin, ya da başqa qurumun vəzifələrini əvəz edək, bu, düzgün deyil».
Üç nəqtə qəzeti