Ombudsman seçkilərlə bağlı mövqeyini açıqladı

SİYASƏT
18:20 09.10.2013
1197

“Seçkilər həm müşahidəçilər, həm də seçicilər tərəfindən yüksək qiymətləndirilir”. 

AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova deyib.

O bildirib ki, bir neçə məntəqədə olub və beynəlxalq müşahidəçilərin fikrini öyrənib. “Bir neçə ölkənin nümayəndələri, o cümlədən beynəlxalq müşahidəçilər ölkədə seçkilərin şəffaf və demokratik keçirildiyini deyirlər”.

Ombudsmanın sözlərinə görə, Azərbaycanda keçirilən prezident seçkiləri kifayət qədər şəffaf keçirilir.

OXŞAR XƏBƏRLƏR