'Ombudsmana bu cür basqılar dövlət terrorizmininin əlamətidir' - Asim Mollazadə

SİYASƏT
12:30 08.07.2013
1535

'Moldovalı ombudsman Aureliya Qriqoriunun Ermənistanda keçirilən Ümumavropa konfransı zamanı söylədiyi reallıq erməniləri özündən çıxardıb. Ombudsman çıxışı zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və Xocalı soyqırımını ermənilərin törətməsini təsdiq edib.

O, “Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib” ifadələrini işlətdikdən sonra parlamentin sədri onun çıxışına ayrılan zamanın bitdiyini bildirib və sözlərini yarımçıq qoyub. Çıxışından sonra böyük təzyiqlərlə qarşılaşan ombudsman hər şeyə rəğmən dediklərini təkzib etməyib. Aureliya Qriqoriu bundan sonra Moldovaya qayıtmaq istəyərkən ermənilər ombudsmanı nümayəndə heyətindən ayırıb, heyəti aeroporta aparan avtomobilə mindirməyiblər. Yalnız bundan 2 gün sonra ombudsman Ermənistanı tərk edə bilib.

Məsələ ilə bağlı deputat Asim Mollazadənin münasibətini öyrəndik. Millət vəkili AZXEBER.COM-a açıqlamasında bildirdi ki, bu, ermənilərin işğalçı və zorakı millət olduğunun isbatıdır. Ermənilərin bu cür reaksiya verməsi isə gözlənilən idi: “Aureliya Qriqoriunun Ermənistanda keçirilən Ümumavropa konfransı zamanı söylədikləri fikirlərə ermənilərin bu cür reaksiya verməsi normal idi. Xocalı haqqında deyilən reallıq bu soyqırımını törətmiş insanları çox qıcıqlandırdı. Ombudsmana bu cür basqılar dövlət terrorizmininin əlamətidir. Bu, hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Bu bir daha sübut edir ki, qadınları, azyaşlı uşaqları qətlə yetirmiş qüvvələr yenə də heç nədən çəkinməzlər. Onlar nəinki adi insanlara, hətta xarici nümayəndəyə, ombudsmana qarşı da güc tətbiq etməyə çalışdılar. Onu bir neçə gün Ermənistandan çıxmağa qoymamaqlarının da əsas səbəbi məhz dövlət terrorizmi idi.”

Asim Mollazadə bu cür ciddi mövzularda böyük dövlətlərin susmasına da toxundu. O bildirdi ki, onların susması Ermənistanın ərköyün siyasətinin davam etməsinə səbəb olur: “O ki qaldı böyük dövlətlərin bu cür mövzularda sakitlik nümayiş etdirməsinə, bu onlara qarşı ərköyünlük siyasəti həyata keçirtməkdir. Məhz bəzi böyük dövlətlərin susması onlara bu siyasəti davam etdirməyə bir az da imkan yaradır”.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
15:18 10.03.2026
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
15:18 10.03.2026
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:09 10.03.2026
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
15:04 10.03.2026
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Naxçıvanda  pirotexniki vasitələr satan şəxslər saxlanıldı
15:00 10.03.2026
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
14:42 10.03.2026
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"