Omicrona qarşı yeni peyvənd təsdiqləndi: Bu tarixdən istifadə ediləcək

SAĞLAMLIQ
12:58 01.09.2022
1062
ABŞ Pfizer/BioNTech şirkətinin Omicron peyvəndini təsdiqləyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ koronavirusun ən yoluxucu versiyası kimi tanınan Omicron variantına qarşı hazırlanmış Covid-19 peyvəndlərinin istifadəsini təsdiqləyib.

ABŞ-ın nəzarət agentliyi olan Qida və Dərman İdarəsi (FDA) bununla bağlı açıqlama verib. Bildirilib ki, hər iki şirkətin peyvəndlərinin Omicron variantının BA.4 və BA.5 variantlarına qarşı təsirli olacaq. Peyvəndlərin istifadəsinə bu ilin payızında başlanılacaq.

ABŞ-da Covid-19-dan 1 milyondan çox insanın öldüyünə diqqət çəkən ABŞ rəsmiləri bildirib ki, ölkədə hər gün təxminən 400 nəfər Covid-19 səbəbindən ölür.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR