“Omicron”un iki yeni simptomu aşkarlandı

“Omicron”un iki yeni simptomu aşkarlandı
DÜNYA
14:43 29.12.2021
462

Koronavirusun "Omicron” variantının simptomları günü-gündən dəyişir.

AZXEBER.COM xəbər verir ki, "Omicron” tutan zaman müxtəlif simptomlar, o cümlədən ürəkbulanma və qusma müşahidə edilə bilər. Bu ştam qızdırma, baş ağrısı, dad və qoxu itkisi kimi klassik simptomları özündə ehtiva etsə də, ənənəvi qrip simptomlarına da səbəb ola bilər.

İngiltərənin ZOE Covid monitorinq tətbiqinə görə, burun axması, baş ağrısı, yorğunluq, asqırma və boğaz ağrısı kimi ən çox görülən 5 simptom klassik qripdən fərqlənmir. London Genetik Epidemiologiya professoru isə əlavə olaraq bildirib ki, "Omicron”a yoluxmuş bəzi insanlar ürəkbulanma və qusma ilə qarşılaşırlar.

Qeyd edək ki, əvvəlki tədqiqatlar nəticəsində "Omicron” infeksiyasının bir simptomunun da iştahsızlıq olduğu məlum olub.

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR