"Omikron"un yeni variantı üzə çıxdı: Həddindən artıq tərləmə və...

SAĞLAMLIQ
12:57 13.07.2022
714
"Omikron"un yeni simptomu ortaya çıxıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, alimlər diqqəti ən çox mutasiyaya uğramış koronavirusun alt variantı olan "Omikron"un yeni simptomuna çəkiblər. 

Mütəxəssislər bildiriblər ki, "Omikron BA.5" variantı gecə yatarkən həddindən artıq tərləmə yaradır.

Trinity Kollecinin professoru O'Neill bu barədə İrlandiya mediasına danışıb:

"BA.5 variantının digər əlaməti gecə yuxu zamanı həddindən artıq tərləmədir. Gecələr hamı tərləyir, lakin Omicron BA.5 variantına yoluxmuş insanlarda bu, çox fərqlidir”.

Qeyd edək ki, alim virusun immunitet sistemi ilə qarşılaşdıqdan sonra dəyişdiyini də bildirib.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR