"Omikron" ştammına vaksin olunmuşlar da yoluxa bilər - Boris Conson

DÜNYA
10:47 28.11.2021
649
Koronavirusun yeni "omikron" ştamına tam peyvənd olunmuş insanlar da yoluxa bilər.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu iddia ilə Böyük Britaniyanın baş naziri Boris Conson çıxış edib.

Onun sözlərinə görə, virus son dərəcə sürətlə yayılır. Conson hesab edir ki, hətta koronavirusa qarşı kollektiv immunitet belə yeni ştam üçün maneə olmayacaq.

Hazırda yeni ştammla əlaqədar Britaniyada görünməmiş təhlükəsizlik tədbirləri görülüb. Ölkəyə daxil olanların hamısı PCR testdən keçməlidir və mənfi test nəticəsi alınana qədər turistlər özlərini təcrid etməlidirlər. İctimai nəqliyyatda və ticarət obyektlərində maska ​​rejiminə riayət olunmasına nəzarət gücləndirilib.

OXŞAR XƏBƏRLƏR