Dövlət nə qədər uşağın təhsil xərclərini qarşılayacaq?

Dövlət nə qədər uşağın təhsil xərclərini qarşılayacaq?
SOSİAL
20:00 04.08.2026
106
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli qərarının icrası ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi elan edilir.

Qeyd edilib ki, müsabiqə çərçivəsində 2026/2027-ci tədris ili ərzində özəl məktəbəqədər təhsil müəssisələrində 8000 təhsilalanın maliyyələşdirilməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR