OMON Surqutdakı “sxodka”nı dağıtdı: azərbaycanlı saxlanıldı

OMON Surqutdakı “sxodka”nı dağıtdı: azərbaycanlı saxlanıldı
KRİMİNAL
16:38 16.06.2018
17216
Rusiyanın Surqut şəhərində "qanuni oğrular”ın "sxodka”sının qarşısı alınıb.

AZXEBER.COM musavat.com-a istinadən xəbər verir ki, Surqut OMON-u şəhərdəki avtoritetlərin birinin evinə basqın edərək ən azı 10 nəfəri saxlayıb. Saxlanılanlar arasında Piri adlı azərbaycanlı da var.

Məlumata görə, onlar yerli iş adamlarına haqq qoymaqla məşğul imişlər. Əməliyyat zamanı onlardan biri qaçmağa cəhd etsə də, çox da uzağa gedə bilməyib.

Saxlanılanların hamısı Surqut şəhər polisinin təcridxanasına aparılıb.
OXŞAR XƏBƏRLƏR