Kiçik mənzilə böyük iddialar. Yasamal rayonu, Moskva prospekti 31-68-ci məhəllədə 19 mərtəbəli binanın 20-ci mərtəbəsindəki 42 kvadratmetrlik sahədə hostel tikilir. Binanın sakinləri belə iddia edir. Dediklərinə görə, obyektin tikilməsi ilə binanın şaxtaları tamamilə bağlanıb. Məsələni İctimai TV araşdırıb.
Sakinlər İTV-yə bildirib ki, binanın 20-ci mərtəbəsində aparılan tikinti işlərindən 1-2 həftə əvvəl xəbər tutaraq tikintini dayandıra biliblər. Amma işlərin davam edəcəyindən ehtiyat edirlər. Dediklərinə görə, binanın dam hissəsində yalnız texniki otaq olub. Amma o otaqdan indi əsər-əlamət qalmayıb.42 kvadrat metrlik sahə indi genişləndirilərək 100 kvadratadan çox ərazini əhatə edib.
"Sakin elə bilib ki, o ərazini də ora qata bilər. Binanın həmin sahəsində kupçalı mənzil olduğundan həmin sakin ikinci əl onu alıb və orda iş aparıb” deyə Mənzil Tikinti Kooperativinin sədri bildirib. Onun sözlərinə görə, artıq müvafiq qurumlara müraciət edilib və Arxitektura Komitəsi tərəfindən sabah iş aparılacaq.