On gün əvvəl hərbi xidməti başa vuran oğlan kanalda batdı
20:07 02.08.2011
2914
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, on gün əvvəl hərbi xidmətdən qayıdan ailənin yeganə övladı suda boğulub.
Hadisə iyulun 31-də saat 17:00 radələrində Qarabörk kanalı ərazisindəki kanalda baş verib. Ucar şəhər sakini 20 yaşlı Qara Salahov kanala çimməyə gəlib. Suda boğulan Q.Salahovu xilas etmək mümkün olmayıb.