Prodüser Tarix Əliyev (Tolik) ilk dəfə həmkarı Təranə Səmədovanın həbsdə olması haqda danışıb.
AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, Tolik "Hər şey daxil" proqramında məşhurların övladları haqda söz açıb. O bildirib ki, Təranənin qızı Suelə anasına görə yazığı gəlir:
"Heç vaxt Təranə haqda danışmamışam, danışmayacam da. Təranəyə acımıram, qətiyyən. Amma onun qızına... Balaca qıza məktəbdə deyirlər, ananı tutublar. Mağazaya gedəndə deyirlər, filankəsin qızıdır. Bu, ona ölümdür. Bizim etdiklərimizə görə uşaqlarımız, valideynlərimiz qınanılmamalıdır. Mənə görə atama da nələr yazırlar".
Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub.