Ona analıq edən qadının şah damarını kəsdi - 16 il həbs edilən qatilin CİNAYƏTİNİN DETALLARI

Ona analıq edən qadının şah damarını kəsdi - 16 il həbs edilən qatilin CİNAYƏTİNİN DETALLARI
HADİSƏ
22:21 05.05.2025
465
Maştağada ögey anasını qətlə yetirməkdə təqsirləndirilən Qasım Məmmədovun məhkəmə prosesi başa çatıb.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Məhkəmənin qərarına əsasən, Qasım Məmmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən il noyabrın 28-də Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Qətlə yetirilən qadın oğlanın bioloji anası olmasa da, ona uşaqlıqdan analıq edib və öz övladı kimi böyüdüb.

Bildirilir ki, axşam yoldaşı ilə evə qayıdanda əri əlini yumaq üçün hamama keçib. Bu vaxt oğlan qəfildən əlində bıçaqla girərək, qadının şah damarına xəsarət yetirib. Qadın hadisə yerində keçinib.

Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR