"Ona görə Arazı əsas heyətə qaytardım" - Qurban Qurbanov

"Ona görə Arazı əsas heyətə qaytardım" - Qurban Qurbanov
İDMAN
22:26 03.03.2019
3639
"Vacib 3 xal qazandıq. Bir az meydança, bir az da hava şəraiti topla lazımı şəkildə oynamağımıza imkan vermirdi. Buna rəğmən qələbə qazandıq. Futbolçularıma təşəkkür edirəm".

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 19-cu turunda səfərdə "Keşlə"yə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bəzi aparıcı futbolçuların meydana çıxmamasının səbəbini açıqlayıb: "Rəşadın mikrozədəsi olduğu üçün risk edib, oynatmadıq. Meydançanın süni ot örtüyü olmasına görə Reynaldonun oynamasından ehtiyat elədik. Aqolli isə sırf seçim məsələsidir".

Q.Qurbanov əvəzedici komandaya göndərdiyi Araz Abdullayevin yenidən əsas heyətə qaytarmasına da aydınlıq gətirib: "Bəzən belə hallar olur. Futbolçu kiçik bir müddəti oyun formasını itirir. Bunu tez bir zamanda aradan qaldırdığını düşünürəm. Ona görə də bu gün əsas heyətə qaytardım".
OXŞAR XƏBƏRLƏR