“Ancaq Türkiyə də ağıllanacaq”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas aprelin 3-də İrəvan-Van-İrəvan birbaşa aviareysinin açılacağı ilə bağlı məlumatları şərh edərkən bildirib:
“Deyirlər ki, Van şəhərindən İrəvana aviareys açılıb. Ona qalsa, İstanbuldan İrəvana həftədə 4 reys var. Bir reys də Vandan açılıbsa, dünya dağılmayacaq ki. Sabah bir gün İzmirə, Ankaraya da uça bilər ermənilər. Burada qeyri-adi bir şey görmürəm. Mənim üçün bu, əhəmiyyətli bir şey deyil. Doğrudur, belə şeylər insanlarımızın ürəyinə toxunur. Düşünürlər ki, türk qardaşlarımız niyə belə şey ediblər. Ancaq Türkiyə də ağıllanacaq. Həmişə belə olmayacaq ki. Ağıllanacaq və sonra bağlayacaq reysi. Ona qalsa, Ermənistan elə Türkiyənin hesabına yaşayır. Reys xırda məsələdir, belə şeylərə əhəmiyyət vermək lazım deyil”.
Ceyhun