“Ona xəyanət edənlərin heç biri çörək tapmadı” - Zahid Oruc

“Ona xəyanət edənlərin heç biri çörək tapmadı” - Zahid Oruc
SİYASƏT
14:09 10.05.2018
3313
"Mənim aləmimdə Heydər Əliyev kimi şəxsiyyətlərin yalnız doğum günü var, ölüm günü yoxdur”.

AZXEBER.COM "Ölkə.Az”a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu gün həm də dövlət müstəqilliyimizin yubileyidir.

"Heydər Əliyevin şəxsi həyatı olubmu? Mənim aləmimdə yox. Onun bütün həyatından danışanda  ancaq Azərbaycanla bağlı məqamlara rast gəlirik. Heydər Əliyev  dövlət müstəqilliyimizi xilas etdiyinə görə həm də dövlət müstəqilliyimizin  yubileyidir. Çünki Cümhuriyyətin əldə etdiyi müstəqilliyi Heydər Əliyev bərpa edib.  Nə saxta tərif, nə də qərəzli hücumlar Heydər Əliyevdən heç nə apara bilməz.  Heydər Əliyev öz sistemi olan adam idi. Onun fəaliyyəti dövründə qarabaraqa izləyənlər olub. Meksikada ona qarşı kampaniya aparıblar, heykəli götürülüb. Lakin Heydər Əliyevin obrazı qalıb. Demək Heydər Əliyevin  gücü heykəllərdə deyil. Onun ürəklərdə ucaldılan heykəli əbədi qalacaq. Onun şəxsiyyətinin miqyası Azərbaycan sərhədlərindən böyükdür.

Heydər Əliyevə xəyanət edənlərin heç biri uğur qazana bilmədi, bəzən çörək də tapmadı. Heydər Əliyevin siyasi hakimiyyəti hər zaman hakimiyətdə olacaq, ola bilər prezidentin soyadı Əliyev olmayacaq, amma onun kursu hər zaman hakimiyyətdə olacaq. Hesab edirəm ki, İlham Əliyev onun təkcə  bioloji övladı deyil, ideoloji varisidir. İlham Əliyevin bir çox hallarda həyata keçirdiyi addımlara baxanda 57 yaşlı Heydər Əliyevi görürük”.

OXŞAR XƏBƏRLƏR