Onkohematoloji xəstəliklərin diaqnostikası İTS hesabına həyata keçirilir

Onkohematoloji xəstəliklərin diaqnostikası İTS hesabına həyata keçirilir
SAĞLAMLIQ
11:39 01.12.2025
891
Onkohematoloji xəstəliklər – qan, limfa və onlara yaxın toxumalarda yaranan bədxassəli şişlərdir (məsələn, leykemiya, limfoma, çoxsaylı mieloma və s.).
 
AZXEBER.COM xəbər verir ki, bu xəstəliklər mənşəyinə, yayılma tezliyinə və gedişinə (xroniki və ya kəskin) görə fərqlənir. İlk simptomları bir çox digər xəstəliklərdə də müşahidə olunan halsızlıq, ümumi zəiflik, səbəbsiz qızdırma, gecə tərləmələri və s. ola bilər. Erkən diaqnostika və vaxtında tibbi müdaxilə xəstəliyin gedişatında həyati əhəmiyyət daşıyır. 

Bu qrup xəstəliklərin diaqnostikası icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınıb. Xidmətlər Zərfi çərçivəsində pasiyentlərə ilkin mərhələdə hematoloq və ya onkoloq tərəfindən müayinə aparılır, zəruri laborator və instrumental-diaqnostik müayinələr icra edilir. Diaqnostika prosesinə qanın ümumi və biokimyəvi analizi, koaquloqramma (laxtalanma), eləcə də qanın morfoloji analizi daxildir. Bundan əlavə, sümük iliyi biopsiyası, immunofenotipləmə, sitogenetik və molekulyar testlər vasitəsilə xəstəliyin növü və mərhələsi müəyyənləşdirilir. Leykemiya və limfoma üçün periferik qan, sümük iliyi və bədən mayesindən aparılan panellər, eləcə də digər laborator müayinələr Xidmətlər Zərfinə daxildir və bu xəstəliklərin diaqnostikası üçün vacib sayılır. İnstrumental-diaqnostik müayinələrdən daha çox ultrasəs, rentgen, kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiyası (MRT) istifadə olunur.

Müasir laborator və görüntüləmə üsulları sayəsində xəstəliklər erkən mərhələdə aşkarlanır və müalicə prosesi daha dəqiq müəyyən edilir. Bu müayinələr nəticəsində əldə edilən məlumatlar həkimlərə xəstəliyin gedişatını izləməyə, orqanizmdə yaranan dəyişiklikləri vaxtında müəyyənləşdirməyə və düzgün müalicə taktikasını seçməyə imkan verir. 

Sözügedən tibbi xidmətlər tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət qurumlarının tabeliyindəki) icra olunur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər