“Onlar bunu mənə qarşı etmək istəyirlər”

“Onlar bunu mənə qarşı etmək istəyirlər”
DÜNYA
06:58 03.10.2026
102
ABŞ Prezidenti Donald Tramp Demokratik Partiya üzvlərinin ona qarşı impiçment proseduruna başlamaq istədiklərini bildirib.

O bu fikirləri jurnalistlərlə söhbət zamanı səsləndirib.

Tramp qeyd edib ki, ABŞ-nin keçmiş prezidenti Co Baydenə qarşı belə bir addım atmaq imkanı olub, lakin o, bunu "uyğunsuz” hesab edib.

Ağ Ev rəhbəri vurğulayıb ki, əgər demokratlar noyabrda keçiriləcək Konqresə aralıq seçkilərdə qalib gəlsələr, ona qarşı impiçment prosesinə başlaya bilərlər. Amerika lideri "Onlar bunu mənə qarşı etmək istəyirlər”, - deyə bildirib.

///qafqazinfo///
OXŞAR XƏBƏRLƏR