Onlar ixtisara düşəndə 2 800 manat alacaqlar

Onlar ixtisara düşəndə 2 800 manat alacaqlar
SOSİAL
13:46 14.02.2026
1548
Qanunvericiliyə əsasən, müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.

İqtisadçı-ekspert Allahverdi Aydın Trend-ə açıqlamasında xatırladıb ki, bu hallarda əmək müqaviləsinə xitam verilən işçiyə müəyyən ödəmələr həyata keçirilməlidir.

Belə ki, işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında;
bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Həmçinin, işəgötürən yuxarıda nəzərdə tutulan müavinətdən əlavə ay tamam olmadığı hallarda faktiki işlədiyi günlər üçün əməkhaqqı və əgər istifadə edilməmiş məzuniyyət günləri varsa, buna görə də kompensasiya ödəyir.

Ekspert 1 100 manat əməkhaqqı alan işçiyə bu hallarda nə qədər müavinət ödəniləcəyinə dair hesablama aparıb:

"Misal üçün deyək ki, Kamran adlı şəxs "ABC" MMC-də 10.03.2023-cü il tarixindən baş mühəndis vəzifəsində çalışır. O, işə qəbul olunduğu tarixdən əmək müqaviləsinə xitam verilən tarixədək aylıq 1 100 manat əməkhaqqı alıb. Kamran işlədiyi müddətdə əmək məzuniyyətindən iki dəfə istifadə edib. "ABC" MMC-nin fəaliyyətinə xitam verildiyi üçün Kamranın əmək müqaviləsinə 10.02.2026-cı il tarixdən xitam verilib.

Bu halda əmək müqaviləsinə xitam verildiyi tarixə Kamrana ödənilməli olan son haqq-hesab bu şəkildə hesablanır:

Əvvəlcə, işlənmiş iş günləri üçün əməkhaqqı hesablanır. İstehsalat təqviminə əsasən, 2026-cı ilin fevral ayında 21 iş günü var. Kamran fevral ayında 7 iş günü çalışıb və son iş günü 10 fevral tarixidir.

1 100 : 21 = 52,4 manat;

52,4 × 7 = 366,7 manat.

Daha sonra istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanır:

Kamran işlədiyi müddətdə əmək məzuniyyəti hüququndan iki dəfə istifadə etməyib. O, 10.03.2023 - 10.03.2025-ci il tarixlərini əhatə edən iki iş ilində məzuniyyət hüququndan istifadə edib. Lakin 10.03.2025-ci il tarixindən sonra məzuniyyət hüququndan istifadə etməyib. "ABC" MMC-də mühəndis vəzifəsində işləyən Kamranın bir iş ilində 30 təqvim günü məzuniyyət hüququ var. Kamran sonuncu iş ilində 11 ay işləyib. Hər ay üçün orta məzuniyyət günü 2,5 gün (30 / 12 = 2,5) edir. 11 ay üçün isə 27,5 gün (11 × 2,5 = 27,5) edir.

Orta aylıq əməkhaqqının 1 100 manat olduğunu nəzərə aldığımız zaman məzuniyyətə görə kompensasiya aşağıdakı kimi olur:

(1 100 : 30,4) × 27,5 = 995,1 manat.

Kamrana işinə xitam verilməsinə görə ödəniləcək işdənçıxarma müavinətinin məbləği isə aşağıdakı kimi olacaq:

Ödənişdən əvvəlki iki ay - dekabr və yanvar ayları üzrə Kamranın gəliri 2 200 manat (1100 × 2) olub. Həmin aylarda iş günlərinin sayı 40 gün olub. Nəticədə bir günlük əməkhaqqı 55 manat (2 200 : 40) olacaq.

2026-cı il üzrə orta aylıq iş günlərinin sayı 20,08 gün qəbul edildiyi üçün Kamrana veriləcək orta aylıq əməkhaqqının məbləği 1 104,4 manat (55 × 20,08) olacaq. Kamranın iş stajı bir ildən çox, beş ildən az olduğu üçün ona orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında müavinət - 1 546,2 manat (1 104,4 × 1,4 = 1546,2) veriləcək.

Vergi Məcəlləsinə əsasən, müəssisənin fəaliyyəti dayandığı zaman əmək müqaviləsinə xitam verildikdə işçilərə ödənilən təminatlar gəlir vergisindən və sosial ödənişlərdən azad edilir.

Lakin işlənmiş iş günləri üçün əməkhaqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya vergi və digər sosial ödənişlərdən azad olunmur. Bu səbəbdən Kamrana ödəniləcək 366,7 manat işlənmiş iş günləri üçün əməkhaqqından və 995,1 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiyadan cəmi 156,2 manat (DSMF (122,2) + işsizlik sığortası (6,8) + icbari tibbi sığorta (27,2) = 156,2) tutulacaq.

Bütün bunlardan sonra son haqq-hesab məbləği bu şəkildə olacaq:

334,9 manat (işlənmiş günlər üçün əməkhaqqı) + 884,7 manat (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) + 1 546,2 manat (işdənçıxarma müavinəti) = 2 765,8 manat.

Deməli, bu nümunədən də göründüyü kimi, ayda 1 100 manat əməkhaqqı alan bir şəxsin müəssisənin fəaliyyəti dayandığı üçün əmək müqaviləsinə xitam verilərsə, işəgötürən ona 2 765,8 manat ödəməlidir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
20:56 06.11.2026
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
20:50 06.11.2026
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
20:46 06.11.2026
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
20:39 06.11.2026
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:35 06.11.2026
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nuran yeni layihəsini təqdim etdi
20:29 06.11.2026
Nuran yeni layihəsini təqdim etdi
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
20:21 06.11.2026
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
20:12 06.11.2026
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
20:06 06.11.2026
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
20:00 06.11.2026
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
19:52 06.11.2026
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
19:36 06.11.2026
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
19:12 06.11.2026
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
Mask Ukraynanın "Starlink"ə qoşulmasını səhv hesab edir
18:59 06.11.2026
Mask Ukraynanın "Starlink"ə qoşulmasını səhv hesab edir
Belçika Kralı baş nazirin istefa xahişini rədd edib
18:49 06.11.2026
Belçika Kralı baş nazirin istefa xahişini rədd edib
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb
18:36 06.11.2026
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb