"Onlar sanki diktə ilə danışaraq Azərbaycana təzyiq edə biləcəklərini düşünürlər"

SİYASƏT
12:15 22.09.2014
842

“Avropa Parlamentində Azərbaycanla bağlı aparılan növbəti müzakirə, qəbul edilən növbəti qətnamə ölkəmizə qarşı qərəzli davranışdan başqa bir şey deyil”.

Bu sözləri Milli Məclisin (MM) deputatı Jalə Əliyeva dilə gətirib.“Dəfələrlə Azərbaycana qarşı belə münasibətin olduğunun açıq şəkildə şahidi olmuşuq. Ən çox təəssüf doğuranı isə odur ki, avropalılar öz ölkələrindəki qüsurları görməyib və ya görməzdən gəlib, Azərbaycanda olan hansısa xırda bir nüansı tutur, şişirdir, qlobal problem kimi təqdim edirlər”-deyən J. Əliyevanın fikrincə, Azərbaycan haqda mənfi rəy yaratmaq hər zaman Avropanın bir sıra qurumlarının, beynəlxalq təşkilatların maraq dairəsində olub.Onun fikrincə, çalışdıqları ən əsas məqam isə ölkənin daxili işlərinə birbaşa müdaxilə edəcək qərarlar verməkdir”.J.Əliyevanın bildirdiyinə görə, heç bir müstəqil ölkə ilə belə danışılmamalıdır:“Onlar sanki diktə ilə danışaraq Azərbaycana təzyiq edə biləcəklərini düşünürlər. Cənab Prezidentin bu məsələlərlə bağlı konkret mövqeyi var və bunu bütün dünya bilir.Heç kim Azərbaycanla diktə ilə danışa bilməz. Bunun heç bir nəticəsi yoxdur”.J.Əliyeva həmçinin qeyd edib ki, sözügedən qəntaməni 751 nəfər üzvü olan Avroparlamentin cəmi 46 üzvü qəbul edib ki, onların da ümumiyyətlə, 45-i Azərbaycanda olmayıb.“Onlardan cəmi bir nəfəri Azərbaycanda olub. Onların Azərbaycan haqda belə bir ədalətsiz, qərəzli qətnamə qəbul etməyə haqqı çatmır”-deyə, J.Əliyeva sözlərinə əlavə edib.

OXŞAR XƏBƏRLƏR