Onlar yenidən efirə qayıdırlar

MAQAZİN
15:18 29.10.2024
208
Xəbər verdiyimiz kimi, ARB telekanalı ilə yollarını ayıraraq ATV-yə geri dönən Zümrüd Bədəlova yeni verilişi ilə ekranlara çıxmağa hazırlaşır.
 
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, Bədəlova gələn həftədən etibarən bir müddət öncə anons etdiyi "Zümrüd ilə gün ortası" verilişi ilə ekranlara qayıdacaq.
 
Şou biznes nümayəndələrinin qonaq olacağı əyləncəli veriliş həftə içi 5 gün, günorta saatlarında canlı olaraq yayımlanacaq.
 
Ekrana çıxmağa hazırlaşan bir digər sima isə Afaq Gəncəlidir. 
 
O da "Xəzər TV"dən ayrılaraq ATV-yə geri dönüb və illər öncəki verilişini yenidən bərp edib.
 
Belə ki, Afaq Gəncəli efirə ATV-də uzun illər davam etmiş "Onlar" adlı layihəsi ilə ekrana qayıdacaq.

 Aysel Hacızadə

OXŞAR XƏBƏRLƏR