“Onlar Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər”

“Onlar Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər”
SİYASƏT
11:39 25.04.2024
267
"Biz Zəngəzur dəhlizi haqqında danışanda, onu təkcə dəmir yolu və ya avtomobil yolu kimi görmürük, o cümlədən onu potensial qaydada əlaqə, kabel kimi də görürük. Çünki elektrik kabellərindən biri əgər Ermənistandan keçərsə ixrac imkanlarımızı artıra bilər.

Potensial qaydada, o, hətta qaz boru kəməri də ola bilər, çünki bu gün Naxçıvana təbii qazı təchiz etmək üçün biz İranla razılaşmamıza arxalanırıq. Yəni, qaz Naxçıvana İran vasitəsilə gedir. Hazırda biz digər boru kəmərini çəkirik. Türkiyədən Naxçıvana gedən kəməri maliyyələşdiririk və o yolla Azərbaycan qazı nəqil olunacaq. Lakin bu, sol qulağınızı sağ əl ilə qaşımağa bənzəyir. Əgər o, Ermənistandan keçərsə, hamı üçün faydalı olar və əlbəttə ki, çox xərclərə qənaət etmiş olarıq. Bir çox digər məsələlər də bu cür çözülə bilər”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 23-ü ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.

"Bilirəm ki, Ermənistan Qara dənizin dibi ilə çəkiləcək kabelə qoşulmaq istəyir, çünki o, əlavə enerji imkanlarını yaradacaq. Lakin onlar Azərbaycanla münasibətləri səliqə-sahmana salmadığına görə qoşula bilmirlər. Hazırda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan kimi dörd ölkə var və Bolqarıstan da qoşulmaq üzrədir. Beləliklə, başqa yol yoxdur və bu, konsensus əsasında olan qərardır. Bu səbəbdən sülh sazişi başlanğıc nöqtəsidir.

Sülh sazişindən sonra gələcəyimizin planlaşdırılmasına gəldikdə, əlbəttə ki, bunu etməliyik. Biz həmin gürcüstanlı həmkarlarımızla praktiki əhəmiyyət təşkil edən məsələləri, daşımalar, enerji, potensial ticarət münasibətlərinə aid işlər barədə məsləhətləşmələrə başlamaq üçün üçtərəfli məsləhətləşmə məsələsini bir neçə dəfə müzakirə etmişik. Lakin Ermənistan hər dəfə imtina edib və gürcüstanlı həmkarlar bunu çox yaxşı bilirlər. Regional əməkdaşlıq bölgə ölkələri ilə yaxşı münasibətlərə əsaslanmalıdır və düşünürəm ki, bu, Cənubi Qafqaz üçün ən yaxşı ssenaridir. Yeri gəlmişkən, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatımız var və müxtəlif nazirliklərin rəhbərləri dövri olaraq görüşürlər. Bir sözlə, bütün bunlar mümkündür, lakin sülh sazişi məsələsində bizə nəticə lazımdır. Səmimi desək, nə Gürcüstan, nə Azərbaycan bu gün öz enerji təhlükəsizliyi və ya daşımalar təhlükəsizliyinə gəldikdə, hər hansı çətinliklərlə üzləşmirlər. Bu, yalnız Ermənistanda çatışmır.

Açığı desək, mənim üçün böyük sual olaraq qalır: nəyə görə onlar Zəngəzur dəhlizinə qarşı bu cür canfəşanlıqla çıxırlar? Nəyə görə onlar bunu təhlükə kimi görürlər? Onlarda bir növ fobiya var və mən bunun izahını bilmirəm. Onlar hətta "dəhliz” sözünə qarşı çıxırlar. Düşünürlər ki, dəhliz suverenliyin pozulması deməkdir. Biz Azərbaycan ərazisindən keçən Şimal-Cənub Nəqliyyat Dəhlizindən danışanda, bizdə belə fobiya yoxdur. Dəhliz yaxşı məlum olan beynəlxalq sözdür və onlar Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər. Bir sözlə, bu, çox qəribədir. Lakin bir daha qeyd etmək istəyirəm ki, biz gələcək haqqında düşünməliyik”, - dövlət başçısı vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib