‘Onlara Azərbaycan xalqının problemi, necə yaşamağı maraqlı deyil’

‘Onlara Azərbaycan xalqının problemi, necə yaşamağı maraqlı deyil’
SİYASƏT
18:17 15.12.2013
1370

“Mitinqə heç kimin gəlməyəcəyi əvvəlcədən bəlli idi. Çünki mitinqin təşkilatçıları bir-birinə zidd olan insanlardı və onların məqsədi mitinqdə yalnız özlərini reklametməkdir. Onlara Azərbaycan xalqının problemi, necə yaşamağı maraqlı deyil, hər fürsətdən istifadə edib gündəmdə qalmaq istəyirlər”.

AZXEBER.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən aksiyasına münasibət bildirərkən deyib. S. Novruzov qeyd edib ki, aksiyada yalnız Milli Şuraya daxil olan partiyaların, təşkilatların təmsilçiləri və onların ailə üzvləri iştirak edib: “ Polis əməkdaşlarını və jurnalistləri hesaba almasaq, orda cəmi 250-300 nəfər mitinq iştirakçısı vardı. Bu da onu göstərir ki, Azərbaycan cəmiyyətinin bu insanlara heç bir etimadı yoxdur”. S. Novruzov Milli Şuranın üzvlərinin mitinqdən əvvəlki ittihamlarını da xatırladıb: “Təsəvvür edin ki, Milli Şuranı ən çox aşağılayan, onun lüzumsuz bir təşkilat olduğunu deyən, qurumun siyasətə təsir etmək imkanlarını sıfıra bərabər hesab edən Arif Hacılı bu qurumun mitinqində çıxış edib. Arif Hacılı Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovu Rusiyaya işləməkdə ittiham edirdi, indi həmin qurumun adından keçirilən aksiyanın təşkilatçılarından biridir. Bu nə paradoksdu? Heç onlar özləri neylədiklərini bilmirlər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
01:08 12.03.2026
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
23:16 11.03.2026
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
Könül Həmzəyeva saxlanıldı
23:11 11.03.2026
Könül Həmzəyeva saxlanıldı
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
23:02 11.03.2026
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
22:55 11.03.2026
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
22:54 11.03.2026
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
22:48 11.03.2026
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
22:40 11.03.2026
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
22:26 11.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb